Ərdoğana da ikinci doza peyvənd vuruldu

Ərdoğana da ikinci doza peyvənd vuruldu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana koronavirusa qarşı peyvəndin ikinci dozası vurulub.

"AzerTaym.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə Ərdoğan öz teleqram kanalında məlumat verib.

“Mənə də koronavirusa qarşı ikinci doza peyvənd vuruldu. Qısa zaman ərzində bütün vətəndaşlarımızın vaksinasiyasını hədəfləmişik”, - deyə dövlət başçısı ifadə edib.

Qeyd edək ki, MHP sədri Dövlət Baxçalı da bu gün ona ikinci doza peyvənd vurulduğunu açıqlayıb.

Xatırladaq ki, R.T. Ərdoğana ilk doza yanvarın 14-də tətbiq olunmuşdu.






Fikirlər