Əsas Səhifə > Əsas xəbərlər > “İSRAİL KƏŞFİYYATI ONUN “VURULMASINA” SƏRT CAVAB VERƏCƏK”
“İSRAİL KƏŞFİYYATI ONUN “VURULMASINA” SƏRT CAVAB VERƏCƏK”19-10-2015, 12:20 |
- Eldar Mahmudov qudası, Beynəlxalq Bankın rəhbəri Cahangir Hacıyevlə bərabər dövlətin külli miqdarda vəsaitini mənimsəyib və tələb olunan zaman bu pulları geri qaytara bilməyib. O, bundan əvvəl də bu cür maliyyə maxinasiyalarına yol veribmiş, lakin həmin zamanlarda cəzalardan bir təhər canını qurtara bilib. Mənimsənən pulların bir qismi isə xaricə qaçırılıb – bu işdə ona başqa bir qohumu – “Azəriqazbank”ın sahibi Çingiz Əsədullayev kömək edib; -Eldar Mahmudov İsrail kəşfiyyatı ilə şəxsi və qurumsal (təşkilatı vasitəsi ilə) münasibətlər yaradıb və bu münasibətlər çox dərindir. Bu da heç şübhəsiz, son vaxtlar Azərbaycana təsir imkanlarını artıran Rusiyanı narahat etməyə bilməzdi. Sabiq səfir iddia edir ki, məhz Moskvadan prezidentə Mahmudovun hansısa kompromatını təqdim ediblər və bundan sonra onu təcili və gözlənilməz şəkildə vəzifəsindən azad ediblər; -Nazir, əlindəki rıçaqları istifadə edərək, hakimiyyətdaxilində ən effektli klan qurub və ona başçılıq edib. Bu klana çox məşhur nazirlər daxil imiş (adlar açıqlanmır – Red.). Mahmudov bu klan vasitəsi ilə Prezident Administrasiyası ilə dirəşir və özü kimi, Administrasiyanı saymayan nazirlərin də “yeyilməməsi” üçün onları müdafiə edirmiş. Üsyançı səfir hesab edir ki, E. Mahmudovun vurulması onun klanını çökdürəcək və Administrasiyanın bu qrupu “hoppadan udmasına” gətirib çıxaracaq: “Bu da mövcud hakimiyyətin daha ciddi kollapsına səbəb olacaq”. Yekunda Arif Məmmədov olduqca ilginc bir mülahizə – iddia irəli sürür: “Bəllidir ki, ölkənin bütün səfirliklərində MTN-in çoxsaylı əməkdaşları işləyir. Onlar Eldar Mahmudova şəxsən sadiq kadrlardır və onların bir neçəsi bəzi diplomatlar kimi geri qayıtmayacaqlar və siyasi mühacir statusu üçün müraciət edəcəklər”. Geri qayıt |