“İSRAİL KƏŞFİYYATI ONUN “VURULMASINA” SƏRT CAVAB VERƏCƏK” - Sabiq səfirdən Eldar Mahmudov haqda ŞOK AÇIQLAMALAR

 

NATO Deputy Secretary General Claudio Bisogniero Visits Azerbaijan“Nazir, əlindəki rıçaqları istifadə edərək, hakimiyyətdaxilində ən effektli klan qurub və ona başçılıq edib”

“Səfirliklərdəki MTN-çilərin bəziləri ölkəsinə dönməyəcək və siyasi mühacir statusu almaq üçün müraciət edəcəklər ”

1AZİslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı keçmiş səfiri Arif Məmmədov milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifədən azad edilməsi haqqında açıqlama yayıb. Musavat.com bildirir ki, sabiq səfir Məmmədov özünün Facebook səhifəsindəki 5 bəndlik açıqlamasında Eldar Mahmudovun qəfil işdən çıxarılması səbəbləri barədə öz mülahizələrini və eyni zamanda, ondakı məlumatları bölüşüb. Mətn rus dilində və çox sərt üslubda yazıldığı üçün onu olduğu kimi – “kopya”layaraq verə bilmirik. Lakin açıqlamanın məzmunu bundan ibarətdir:

- Eldar Mahmudov qudası, Beynəlxalq Bankın rəhbəri Cahangir Hacıyevlə bərabər dövlətin külli miqdarda vəsaitini mənimsəyib və tələb olunan zaman bu pulları geri qaytara bilməyib. O, bundan əvvəl də bu cür maliyyə maxinasiyalarına yol veribmiş, lakin həmin zamanlarda cəzalardan bir təhər canını qurtara bilib. Mənimsənən pulların bir qismi isə xaricə qaçırılıb – bu işdə ona başqa bir qohumu – “Azəriqazbank”ın sahibi Çingiz Əsədullayev kömək edib;

-Eldar Mahmudov İsrail kəşfiyyatı ilə şəxsi və qurumsal (təşkilatı vasitəsi ilə) münasibətlər yaradıb və bu münasibətlər çox dərindir. Bu da heç şübhəsiz, son vaxtlar Azərbaycana təsir imkanlarını artıran Rusiyanı narahat etməyə bilməzdi. Sabiq səfir iddia edir ki, məhz Moskvadan prezidentə Mahmudovun hansısa kompromatını təqdim ediblər və bundan sonra onu təcili və gözlənilməz şəkildə vəzifəsindən azad ediblər;

-Nazir, əlindəki rıçaqları istifadə edərək, hakimiyyətdaxilində ən effektli klan qurub və ona başçılıq edib. Bu klana çox məşhur nazirlər daxil imiş (adlar açıqlanmır – Red.). Mahmudov bu klan vasitəsi ilə Prezident Administrasiyası ilə dirəşir və özü kimi, Administrasiyanı saymayan nazirlərin də “yeyilməməsi” üçün onları müdafiə edirmiş.
Səfirin iddiasına görə, 2011-2012-ci illərdə ölkənin siyasi rəhbərliyi – Prezident Administrasiyası onun – Arif Məmmədovun həbs olunmasını istəyən zaman Eldar Mahmudov buna imkan verməyib: “Buna görə ona minnətdaram”, deyə, yazır üsyançı səfir.
Arif Məmmədov iddia edir ki, belə bir fiqurunu itirmək heç şübhəsiz ki, İsrail xüsusi xidmət orqanlarını narahat edəcək və “onlar buna görə çox sərt cavab verəcəklər”.A. Məmmədov cavabın nələrdən ibarət ola biləcəyini acılamayıb.

Üsyançı səfir hesab edir ki, E. Mahmudovun vurulması onun klanını çökdürəcək və Administrasiyanın bu qrupu “hoppadan udmasına” gətirib çıxaracaq: “Bu da mövcud hakimiyyətin daha ciddi kollapsına səbəb olacaq”.
Səfir hesab edir ki, MTN əsasən qovulmuş nazir Mahmudovun yaxınlarından təşkil olunduğu üçün bu hadisədən sonra bu təşkilat uzun müddət effektli fəaliyyət göstərə bilməyəcək.

Yekunda Arif Məmmədov olduqca ilginc bir mülahizə – iddia irəli sürür: “Bəllidir ki, ölkənin bütün səfirliklərində MTN-in çoxsaylı əməkdaşları işləyir. Onlar Eldar Mahmudova şəxsən sadiq kadrlardır və onların bir neçəsi bəzi diplomatlar kimi geri qayıtmayacaqlar və siyasi mühacir statusu üçün müraciət edəcəklər”.
Bu iddialara rəsmi cavab olsa, onu da dərc etməyə hazırıq.






Fikirlər