Əsas Səhifə > Əsas xəbərlər > Vilayət Eyvazov Bəxtiyar Hacıyevi qəbul edib
Vilayət Eyvazov Bəxtiyar Hacıyevi qəbul edib23-04-2022, 18:42 |
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov ictimai fəal Bəxtiyar Hacıyevi qəbul edib. “Bəxtiyar Hacıyev Daxili İşlər Nazirliyində qəbul edilib. Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov onu dinləyib, onun qaldırdığı məsələlərlə bağlı müvafiq araşdırmaların aparılacağı nəzərinə çatdırılıb”. Görüş faktını Bəxtiyar Hacıyev də özünün Facebook hesabında yaydığı statusla təsdiq edib. O bildirib ki, nazirlə görüşü 2 saat çəkib. Qeyd edək ki, Bəxtiyar Hacıyev sosial şəbəkə hesabında aprelin 21-də qara maskalı, naməlum şəxslər tərəfindən qaçırıldığını yazıb. O, həmin şəxslərin onu ağır şəkildə təhqir etdiyini də vurğulayıb. Geri qayıt |