Vilayət Eyvazov Bəxtiyar Hacıyevi qəbul edib ...
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov ictimai fəal Bəxtiyar Hacıyevi qəbul edib. “Bəxtiyar Hacıyev Daxili İşlər Nazirliyində qəbul edilib. Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov onu dinləyib, onun qaldırdığı məsələlərlə bağlı müvafiq araşdırmaların aparılacağı nəzərinə çatdırılıb”. Görüş faktını Bəxtiyar Hacıyev də özünün Facebook hesabında yaydığı statusla təsdiq edib. O bildirib ki, nazirlə görüşü 2 saat çəkib. Qeyd edək ki, Bəxtiyar Hacıyev sosial şəbəkə hesabında aprelin 21-də qara maskalı, naməlum şəxslər tərəfindən qaçırıldığını yazıb. O, həmin şəxslərin onu ağır şəkildə təhqir etdiyini də vurğulayıb.
Musavat.com xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev sosial şəbəkə hesabında paylaşım edib:
Sitat: "Daxili işlər naziri V.Eyvazov ilə görüşümüz oldu. 2 saatdan artıq davam edən görüşdə DİN ilə olan problemlərin ilk gündən bu günə necə gəlməsi barədə açıq söhbətimiz oldu. Son hadisə ilə bağlı bildirildi ki, burada əsas hədəf DİN-dir, onların heç bir marağı yoxdur, yaxın müddətdə araşdırma aparıb, nəticəsini bildirəcəkləri deyildi..."
Buna baxmayaraq, B. Hacıyev yazır ki, cinayətkarlar tapılmayana qədər o, başına gələnlərin məsuliyyətini DİN -in üzərində sayacaq.