Əsas Səhifə > Hadisə > SİRRLƏRİMİZİ ƏCNƏBİLƏRƏ ÖTÜRƏN VƏZİFƏLİLƏR…–
SİRRLƏRİMİZİ ƏCNƏBİLƏRƏ ÖTÜRƏN VƏZİFƏLİLƏR…–14-04-2016, 13:00 |
Avstraliya qəzetlərində Azərbaycanın neft sənayesində dövlət sirlərinin əcnəbilərə ötürülməsinə dair sensasiyalı iddialar var. Bu barədə Azadlıq radiosu məlumat verib. Həmin məqalədən bəzi hissələri oxucularımıza da çatdırırıq. Belə ki, Fairfax Media və Huffington Postun birlikdə apardığı jurnalist təhqiqatında Monakoda yerləşən Unaoil şirkətinin Azərbaycanın neft sənayesindəki fəaliyyətlərinin qaranlıq guşələrinə işıq salınıb. Onun Azərbaycanda fəaliyyyıət göstərən Kellogg Brown & Root (KBR) şirkətinin aracı kimi fəaliyyət göstərdiyi qeyd edilir. Belə ki KBR-in 2007-ci il tarixli memosunda deyilirdi ki, Mohammad Reza Raeinin müxtəlif Azərbaycan rəsmiləri ilə görüşləri təşkil etmək qabiliyyəti onun yüksək hakimiyyətə bağlı olduğu barədə fikirləri təsdiqləyir. Məqalədə deyilir ki, bununla belə, Unaoil şirkətinin içindən sızmış məlumatlar bu qiymətləndirməyə dair müəyyən suallar doğurur. “Unaoi”l şirkətinin serverlərindən sızmış e-maillərdən bəlli olur ki, V1 Azərbaycan Dövlət Neft Şirkətində – SOCAR-da mühüm vəzifə tutub. Raein yazırdı ki, V1 onu maraqlandıran informasiyanı ölkə xaricinə səfər edəndə verə biləcək. Bunlar ölkənin Xəzər qaz yataqlarına dair layihə ilə bağlı informasiyalar idi. “Mən nəhayət V1-lə danışdım və o dedi ki, informasiyanı yalnız Londona gedəndə verə biləcək” – deyə, Raein 2002-ci ildə Unaoil şirkətinin icraçı rəhbərliyinə yazıb. Ötən il isə “Unaoil” şirkətinin rəhbərlərindən biri yazıb ki, Raein V1-ə informasiya almaq üçün “mümkün qədər güclü pressinq” edəcək. Məqalədə deyilir ki, Unaoil şirkətinin Azərbaycandakı əsas müştərisi KBR qaz layihəsində 90 milyon dollarlıq qaz zavodunun tikitintisi üçün kontraktı əldə edə bilməsə də, bu layihə ilə bağlı kəmər tikintisi kontraktını qazana bilmişdi. “Unaoil”-un başqa bir müştərisi, İsveçrənin ABB texnoloji şirkətinə isə dəniz qaz zavodunun nəzarət və təhlükəsizlik sistemləri həvalə edilmişdi. Məqalədə deyilir ki, V1-in kimliyi uzun illərdən sonra, nəhayət “Unaoil”-un icraçı direktorlarından biri Peter Willimontun 2006-cı ildə Azərbaycandakı siyasi gediş-gəlişlər barədə e-mailində yol verdiyi ehtiyatsızlıqdan faş olmuşdu. “V1 hələ də SOCAR-dakı vəzifəsindədir, lakin bildiyiniz kimi o artıq parlamentə üzv seçilib (əgər buna seçilmək demək mümkündürsə) və spikerin müavini kimi ekologiya sahəsinə kurasiya edir” – deyilirdi e-maildə. Göründüyü kimi, Peter Willimont sözarası Azərbaycan seçkisi barədə fikrini bildirməyi də unutmayıb. Məqalədə deyilir ki, bu e-mail V1-in əslində Azərbaycan parlamentinin spiker müavini Valeh Ələsgərov olduğunu deməyə imkan verir, çünki o həm də ekologiya və təbii ehtiyatlar komitəsinin rəhbəridir. Valeh Ələsgərov SOCAR-da xarici investorlarla əlaqələrə cavabdeh idi. Məqalədə deyilir ki, Raeinə daha iki Azərbaycan hökuməti rəsmisinin həssas informasiya sızdırdığını söyləmək olar. “Mənim apardığım başqa müzakirələrdə V3-ün V2-ni kölgədə qoyması faktından başqa o qədər də mühüm məlumatlar yoxdur. İndi V3 heç bir kömək edə bilmir, çünki V2 SOCAR-a qayıdıb!!!” – yazırdı Willimont. Məqalədə qeyd olunur ki, Raein Unaoil şirkətinin başqa vasitəçilərindən bir cəhəti ilə də üstün idi – o, Unaoil şirkətinin sahibi Ahsani ailəsinin köhnə dostu idi. Məqalədə deyilir ki, Raeinin başqa kontaktları kimi Cavad da yaxşı əlaqələrə malik birisi kimi görünürdü. “Unaoil” şirkətinin Azərbaycandakı işlərinə kömək edən və yaxşı əlaqələri olan başqa bir Reza da vardı. İran əsilli Reza Vaziri Britaniyada qeydiyyatda olan Anglo Asian Mining şirkətinin baş icraçı direktoru vəzifəsini tuturdu. Reza Raein kimi Reza Vaziri də elitar biznes çevrələrində və ABŞ-ın siyasətçi yığıncaqlarında tanınır, mötəbər ABŞ-Azərbaycan Ticarət Palatasının iclaslarında keçmiş dövlət katibləri James Baker və Henry Kissingerlə yanaşı otururdu. Halliburton şirkətinin rəhbəri Dick Cheney palata şurasının iclaslarında, 2000-ci ildə vise-prezident olanadək iştirak etmişdi. “Unaoil” şirkətinin sızmış sənədlərindən görünür ki, Vaziri Azərbaycandakı bir “dostunun” köməyi ilə bütün neft və qaz layihələrinə aid istənilən informasiyanı ala bilirdi. Avstraliya qəzetinin aprelin 10-da yayılmış araşdırmasını barədə hələlik Azərbaycan rəsmilərindən hər hansı reaksiya yoxdur.
Geri qayıt |