SİRRLƏRİMİZİ ƏCNƏBİLƏRƏ ÖTÜRƏN VƏZİFƏLİLƏR…– “V1″ kod adlı şəxs kimdir?
Avstraliya qəzetlərində Azərbaycanın neft sənayesində dövlət sirlərinin əcnəbilərə ötürülməsinə dair sensasiyalı iddialar var. Bu barədə Azadlıq radiosu məlumat verib. Həmin məqalədən bəzi hissələri oxucularımıza da çatdırırıq. Belə ki, Fairfax Media və Huffington Postun birlikdə apardığı jurnalist təhqiqatında Monakoda yerləşən Unaoil şirkətinin Azərbaycanın neft sənayesindəki fəaliyyətlərinin qaranlıq guşələrinə işıq salınıb. Onun Azərbaycanda fəaliyyyıət göstərən Kellogg Brown & Root (KBR) şirkətinin aracı kimi fəaliyyət göstərdiyi qeyd edilir. Belə ki KBR-in 2007-ci il tarixli memosunda deyilirdi ki, Mohammad Reza Raeinin müxtəlif Azərbaycan rəsmiləri ilə görüşləri təşkil etmək qabiliyyəti onun yüksək hakimiyyətə bağlı olduğu barədə fikirləri təsdiqləyir. Məqalədə deyilir ki, bununla belə, Unaoil şirkətinin içindən sızmış məlumatlar bu qiymətləndirməyə dair müəyyən suallar doğurur. “Unaoi”l şirkətinin serverlərindən sızmış e-maillərdən bəlli olur ki, V1 Azərbaycan Dövlət Neft Şirkətində – SOCAR-da mühüm vəzifə tutub. Raein yazırdı ki, V1 onu maraqlandıran informasiyanı ölkə xaricinə səfər edəndə verə biləcək. Bunlar ölkənin Xəzər qaz yataqlarına dair layihə ilə bağlı informasiyalar idi. “Mən nəhayət V1-lə danışdım və o dedi ki, informasiyanı yalnız Londona gedəndə verə biləcək” – deyə, Raein 2002-ci ildə Unaoil şirkətinin icraçı rəhbərliyinə yazıb. Ötən il isə “Unaoil” şirkətinin rəhbərlərindən biri yazıb ki, Raein V1-ə informasiya almaq üçün “mümkün qədər güclü pressinq” edəcək. Məqalədə deyilir ki, Unaoil şirkətinin Azərbaycandakı əsas müştərisi KBR qaz layihəsində 90 milyon dollarlıq qaz zavodunun tikitintisi üçün kontraktı əldə edə bilməsə də, bu layihə ilə bağlı kəmər tikintisi kontraktını qazana bilmişdi. “Unaoil”-un başqa bir müştərisi, İsveçrənin ABB texnoloji şirkətinə isə dəniz qaz zavodunun nəzarət və təhlükəsizlik sistemləri həvalə edilmişdi. Məqalədə deyilir ki, V1-in kimliyi uzun illərdən sonra, nəhayət “Unaoil”-un icraçı direktorlarından biri Peter Willimontun 2006-cı ildə Azərbaycandakı siyasi gediş-gəlişlər barədə e-mailində yol verdiyi ehtiyatsızlıqdan faş olmuşdu. “V1 hələ də SOCAR-dakı vəzifəsindədir, lakin bildiyiniz kimi o artıq parlamentə üzv seçilib (əgər buna seçilmək demək mümkündürsə) və spikerin müavini kimi ekologiya sahəsinə kurasiya edir” – deyilirdi e-maildə. Göründüyü kimi, Peter Willimont sözarası Azərbaycan seçkisi barədə fikrini bildirməyi də unutmayıb. Məqalədə deyilir ki, bu e-mail V1-in əslində Azərbaycan parlamentinin spiker müavini Valeh Ələsgərov olduğunu deməyə imkan verir, çünki o həm də ekologiya və təbii ehtiyatlar komitəsinin rəhbəridir. Valeh Ələsgərov SOCAR-da xarici investorlarla əlaqələrə cavabdeh idi. Məqalədə deyilir ki, Raeinə daha iki Azərbaycan hökuməti rəsmisinin həssas informasiya sızdırdığını söyləmək olar. “Mənim apardığım başqa müzakirələrdə V3-ün V2-ni kölgədə qoyması faktından başqa o qədər də mühüm məlumatlar yoxdur. İndi V3 heç bir kömək edə bilmir, çünki V2 SOCAR-a qayıdıb!!!” – yazırdı Willimont. Məqalədə qeyd olunur ki, Raein Unaoil şirkətinin başqa vasitəçilərindən bir cəhəti ilə də üstün idi – o, Unaoil şirkətinin sahibi Ahsani ailəsinin köhnə dostu idi. Məqalədə deyilir ki, Raeinin başqa kontaktları kimi Cavad da yaxşı əlaqələrə malik birisi kimi görünürdü. “Unaoil” şirkətinin Azərbaycandakı işlərinə kömək edən və yaxşı əlaqələri olan başqa bir Reza da vardı. İran əsilli Reza Vaziri Britaniyada qeydiyyatda olan Anglo Asian Mining şirkətinin baş icraçı direktoru vəzifəsini tuturdu. Reza Raein kimi Reza Vaziri də elitar biznes çevrələrində və ABŞ-ın siyasətçi yığıncaqlarında tanınır, mötəbər ABŞ-Azərbaycan Ticarət Palatasının iclaslarında keçmiş dövlət katibləri James Baker və Henry Kissingerlə yanaşı otururdu. Halliburton şirkətinin rəhbəri Dick Cheney palata şurasının iclaslarında, 2000-ci ildə vise-prezident olanadək iştirak etmişdi. “Unaoil” şirkətinin sızmış sənədlərindən görünür ki, Vaziri Azərbaycandakı bir “dostunun” köməyi ilə bütün neft və qaz layihələrinə aid istənilən informasiyanı ala bilirdi. Avstraliya qəzetinin aprelin 10-da yayılmış araşdırmasını barədə hələlik Azərbaycan rəsmilərindən hər hansı reaksiya yoxdur.
Avstraliyada çıxan “The Age” qəzetinin saytında Huffington Post müxbirləri Richard Bakervə Nick McKenzie yazırlar ki, “neft oyununda Reza Raeinə çatan vasitəçi ola bilməz”.
Raein məqalədə Nyu Yorkun sosial mənzərəsində “harda aş, orda baş”, “şəhərin ən şıq geyimli kişisi” kimi təsvir edilir. Deyilir ki, bu şəxs bir neçə ildir, Nyu Yorkun kübar xanımı Marjorie Gubelmannla evlidir və incəsənət qalereyalarında və fondtoplama mərasimlərində elitar adamlarla durub-oturur.
“Lakin Rezanın ən dəyərli əlaqələri xaricdə, “rüşvət fabriki” Unaoil-la birlikdə neft sənayesinin aracısı kimi işləsdiyi Azərbaycandadır” – yazır müəlliflər.
Bununla belə, bir müddət Raeinin qanunsuz bir əməllə məşğul olduğunu göstərən əlamətlər yox idi, əksinə, o, yüksək əlaqələrini çoxillik təcrübəsi və qohumluq bağları ilə izah edirdi.
Məlumatlar göstərir ki, Raein məxfi hökumət informasiyasını Azərbaycan rəsmilərinin birindən alırmış. Belə başa düşmək olar ki, Raein və Unaoil bu şəxsin adını gizli saxlamaq istəyib, çünki o elektron yazışmalarda V1 kod adı ilə göstərilib. V1 informasiyanı ölkə xaricinə səfər edəndə verə biləcək.
Məqalədə deyilir ki, V1 habelə 2006-cı ildə Raeinə zəngin Azərbaycan biznesmeni Nizami Piriyevi təqdim etmişdi.
Raein “Unaoil” şirkətinə bildirmişdi ki, Piriyevin metanol zavodunu tikmək üçün özlərinin nəhəng beynəlxalq müştərilərindən birini cəlb edə bilərlər.
Bu da vurğulanır ki, Raein və Ələsgərov “Unaoil” layihələrində 2011-ci ilədək təmasda olublar.
Bu informasiya KBR və “Rolls Royce” şitkətləri də daxil “Unaoil” şirkətinin müştəriləri üçün maraqlı olmalı idi. Bu iki rəsminin elektron məktublardakı kod adları V2 və V3 idi.
Məqalədə deyilir ki, bu iki rəsminin kim olduqları daha az aydındır, lakin onların da SOCAR-ın rəhbərıiyində olduqlarını düşünməyə əsas var.
Bu dəfə də Unaoil şirkətinin rəhbərlərindən Willimont ehtiyatsızlıq etmişdi.
E-maillərdən görünür ki, Raeinə başqa xərclərindən əlavə olaraq Azərbaycanda gördüyü iş üçün 1996-2005-ci illərdə 4,5 milyon dollar ödənib.
O dəfələrlə “Unaoil” şirkətindən müxtəlif bank hesablarına on minlərlə dolların köçürülməsini rica edirdi. Bu hesablardan bəziləri ona aid deyildi.
Bəzi hallarda o pulun bir modalar evinə, bəzən isə özünün American Express kartına köçürülməsini istəyirdi.
Məqalədə deyilir ki, bu köçürmələr Azərbaycanda Raeindən başqa kimlərinsə də, mənfəətləndiyini göstərirdi.
Lakin 2006-cı ildə Unaoil şirkətinin bankları pul köçürmələri barədə suallar verməyə başlamışdılar. Buna görə də “Unaoil”un icraçı direktorlarından Cyrus (Sirus) Ahsani kiçik qardaşı Saman Raein-in ricası ilə müxtəlif hesablara pul köçürülməsinin dayandırılmasına göstəriş vermişdi.
“Unaoil”-dan sızmış e-maillərdən birinə görə Raein bir dəfə “Javad” adlı bir nəfərin hesablarına pul köçürülməsini istəmişdi.
Bundan bir ay sonra o Cavadın hesabına iki dəfə 50 min dollar köçürülməsini xahiş etmişdi.
Yenə də sızmış e-maillərdən birində Raein açıqlayırdı ki, Cavadın arvadının yaxın qohumu yüksək vəzifəli SOCAR rəhbərlərindəndir.
“Biz ona istədiyimiz vaxt müraciət edə bilərik” – yazırdı Raein.
Vaziri Azərbaycanın neft naziri Natiq Əliyevlə və baş nazir Artur Rəsizadə ilə “istənilən vaxt” görüş təşkil etməyə qabil birisi kimi təqdim edilirdi
“Unaoil” şirkəti direktorlarından birinin sızmış e-mailində Vaziri Azərbaycanın sənaye naziri Natiq Əliyevlə və baş nazir Artur Rəsizadə ilə “istənilən vaxt” görüş təşkil etməyə qabil birisi kimi təqdim edilirdi.
Məktubda yazıldığına görə, Vaziri öz istədiyini Natiq Əliyevə dedirtmək qüdrətində olan bir şəxs kimi tanıdılırdı.
Məqalədə deyilir ki, Unaoil Azərbaycandakı köməyinə görə 2004-cü ildə Vaziriyə 400 min dollar ödəmişdi. Bu pullar onun İsveçrədə mənzillənmiş Marian şirkətinin hesablarına köçürülmüşdü.
Məqalədə xüsusi olaraq vurğulanır ki, Vaziriyə ödənilmiş puldan Azərbaycanın rəsmi və ya siyasətçilərinin faydalanmasına dair dəlillər yoxdur. “Unaoil” Vaziri ilə azı 2009-cu ilədək əməkdaşlıq etmişdi.