19.03.2014. - ARDNŞ “Denizbank”dan 500 milyon dollar alır

19.03.2014. -  ARDNŞ “Denizbank”dan 500 milyon dollar alır
19.03.2014. -  ARDNŞ “Denizbank”dan 500 milyon dollar alır














Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ/SOCAR) Türkiyədəki ən iri investisiya layihəsi olan “Star” neftayırma zavodunun və eyni adlı terminalın tikintisi üçün Avropadan ala bilmədiyi krediti türk bankından alacaq.

Türkiyə qaynaqları xəbər verir ki, “SOCAR Turkey” törəmə şirkətinin Avropa Yenidənqurma və İnkişaf Bankı, habelə Dünya Bankının təşkilatı olan Beynəlxalq Maliyyə Korporasiyası ilə apardığı kredit danışıqları nəticəsiz qalıb.

Avropa Yenidənqurma və İnkişaf Bankı şirkətə “Star” layihəsi üçün 500 milyon dollar kredit verməyə əvvəlcə razılaşsa da sonradan bu barədə qərar çıxarmağa tərəddüd edib.

SOCAR investisiya layihəsini tamamlamaq üçün ən azı 3,5 milyard dollar kredit axtarır. 5 milyard dollarlıq layihənin qalan hissəsini Azərbaycan Dövlət Neft Fondu maliyyələşdirir. Qərb bankları ilə danışıqların uğursuz nəticələnməsindən sonra Türkiyənin “Denizbank”ı SOCAR-a 500 milyon dollar kredit verməyə razılaşıb.

“SOCAR Turkey” şirkətinin icraçı direktoru Kənan Yavuz bildirib ki, layihənin həyata keçirilməsində maliyyə sıxıntısı çəkəcəklərini gözləmir.

“Denizbank”dakı mənbə isə deyib ki, 500 milyon dollarlıq krediti hissə-hissə verə bilərlər.

“Biz bu layihəyə maraq göstəririk” - deyə mənbə bildirib.






Fikirlər