SOCAR-da nə baş verir?

ARDNŞ-nin tərkibində olan Kompleks Qazma İşləri Trestinin 7 idarəsi ləğv olunur.
SOCAR-da nə baş verir?
Azertaym.az xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı facebook hesabında yazıb. Onun sözlərinə görə , ARDNŞ prezidenti Rövnəq Abdullayevin idarələrin ləğvi barədə müvafiq əmri bağlı idarə işçilərinə artıq məlumat verilib: “Yanvar ayından etibarən Aberon Qazma İşləri idarəsi, Sahil Qazma İşləri idarəsi, Neft Daşları Qazma İşləri idarəsi, Loqistika və Qazma Servisi idarəsi, Maddi -texniki təchizat idarəsi, Nəqliyyat idarəsi, Tompanaj idarəsi ləğv olunur. Bundan sonra bu idarələr bölmə şəklində fəaliyyət göstərəcəklər”.

Mirvari Qəhrəmanlı bildirib ki, ləğv olunan idarələrin işçiləri Prezident Administrasiyası qarşısında piket keçirməyi planlaşdırırlar.






Fikirlər