11.01.2014. - Azərbaycanlı oliqarx top-modelin boyunbağısına 4 milyon dollar təklif etdi!
Məşhur avstraliyalı top-model Miranda Kerr yanvarın 10-da Antalyada keçirilən “Dossa Dossi Fashion Show” moda şousunda türkiyəli müğənni Tarkanla birlikdə səhnəyə çıxıb.Moda şousuna 30 ölkədən 5 minə yaxın adam qatılıb.
Miranda Kerr səhnəyə üzərində 3 milyon dollar dəyəri olan boyunbağı və qolbaq komplekti ilə çıxıb. Onun boyunbağısı şouya tamaşa edənləri heyrətə salıb.
Etibarlı mənbəədən Portalımıza daxil olan məlumata görə məşhur avstraliyalı top-modelin boyunbağısına şouya baxan azərbaycanlı bir iş adamı almaq istəyib. Adı açıqlanmayan azərbaycanlı iş adamının modelin boyunbağısına 4 milyon dollar verməyə hazır olduğu bildirilir. Lakin zinət komplektinin sahibi olduğu firma onu satmayıb.
Moda şousunda məşhur model 3 firmanın yaz-yay kolleksiyalarından olan geyimlərini nümayiş etdirib. 2011-ci ildə keçirilən “Viktoria Secret” moda şousunda o, 2,5 milyon dollar dəyəri olan busthalterlə səhnəyə çıxmışdı. Bildirilir ki, model bu dəfə 3 milyon dollarlıq boyunbağı ilə səhnəyə çıxaraq öz rekordunu təzələyib. Boyunbağını 2 ay yarım vaxt ərzində 12 ustanın işləyib hazırladığı, onun 2014 ədəd brilyant daşla bəzədildiyi bildirilir.
Boyunbağının sahibi olan “Roberto Bravo” moda evinin nümayəndələri bildiriblər ki, Miranda Kerrin podiumda taxdığı bəzək komplektinə müştəri düşən azərbaycanlı iş adamı onu almaq üçün çox israr edib. Lakin moda evinin təmsilçiləri bildiriblər ki, boyunbağını hazırda satmaq fikrində deyillər və başqa moda şoularında da göstərəcəklər.
Azərbaycanlı oliqarx isə xeyli israr edərək zinət kolleksiyasına 4 milyon dollar nağd pul təklif edib. Buna baxmayaraq moda evi zinət komplektini satmayıb.
“Sərgidə nümayiş etdirdiyimiz məhsula tamaşaçılar tərəfindən bu cür böyük maraq göstərilməsi və bəyənilməsi bizi çox məmnun etdi” - deyə moda evinin təmsilçisi bildirib.
Moda evinin təmsilçisi deyib ki, Miranda Kerrin nümayiş etdirdiyi zinət komplekti “Roberto Bravo”nun Türkiyə və digər ölkələrdəki mağazalarında nümayiş etdiriləcək. Daha sonra satışa çıxarılacaq.
P.S. Belə məmurları olan xalq QARABAĞI yox,Qaradağı görə bilər ancaq....
Keçən il Amerikada ermənilər "artsax fonduna" 20 MİLYON dollar bir ayın içində pul yığmışdılar....