Müğənni çay evinin açılışını etdi
Azertaym.az-ın məlumatına görə, sənətçi bu gün “Nəlbəki” adlı çay evininin açılışını edib. Emilin sənət dostlarının da qatıldığı gecədə maraqlı anlar yaşanıb.
Təəssüratlarını bizimlə bölüşən ifaçı biznesini davam etdirəcəyini bildirib:
“Müğənniliyi sevirəm və bu sənətdən getmək fikrim yoxdur. Amma bununla yanaşı, əlavə biznesə də ehtiyac var. Buna görə də çay evi, dostlarımın yığışa biləcəyi məkan açmaq istədim. Bütün yaxınlarım istirahət üçün gələ bilərlər. Bu işim ürəyimcə olsa, onu genişləndirəcəyəm. Gələcəkdə daha böyük məkanlar açmağı düşünürəm”.
Açılışda E.Bədəlovu təbrik edənlər arasında rəqqasə Oksana Rəsulova, müğənnilər Yaşar Cəlilov, Yaşar Yusub, Kərim Abbasov, Günay İbrahimli, Əbdül Xalid, prodüser Təranə Səmədova, Roland Bayramov, aparıcı İlkin Həsəni və başqaları yer alıb. Gecədən fotoları təqdim edirik.