Tağı İbrahimovun oğlu 3 milyonluq restoran açdı
Tağı İbrahimovun oğlu üç milyon dollarlıq restoran açdı.
Dekabrın 7-də İstanbulun sayılıb-seçilən məkanlarından biri olan “Etiler”də restoranın açılışı olub. Publika.Az-ın məlumatına görə, restoran sahibi azərbaycanlı iş adamı Elşən İbrahimovdur. Onu da vurğulayaq ki, restoranı ərsəyə gətirmək ona nə az, nə çox, düz üç milyon dollara başa gəlib. Restorandakı yeməklər sırf azəri mətbəxinə aiddir.
Restorana baş çəkənlər arasında gözəl azərbaycanlı model Günay Musayeva da olub. “İstanbula gələn dostlarıma, “Günay, hara gedək, hara gözəldir?”, “Azəri yeməyi hazırla, çox maraqlıdır”,deyən bütün türk dostlarıma, “Twitter” , “İnstaqram”, “Facebook” dostlarıma dönə-dönə deyirəm, artıq ünvan bəllidir!”- fikirlərini sosial şəbəkədə yazan Günay həyat yoldaşı Tolqa Karel və yaxın dostları ilə bərabər restorana baş çəkib.
Model insanları bu restorana səsləyib: "Çox dadlı, ləziz yeməkləri var. İstanbula gəlsəniz, mütləq bu məkana uğrayın!". /Publika.az/