Əsas Səhifə > Hadisə, Slayd, Kriminal > 23.03.2014. - Bakıda təcili yardım maşını qəzaya düşdü: 6 yaralı
23.03.2014. - Bakıda təcili yardım maşını qəzaya düşdü: 6 yaralı23-03-2014, 12:11 |
![]() Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, hadisə Yasamal rayonu ərazisində - İnşaatçılar prospektində baş verib. “Toyota Rav 4” markalı avtomobilin Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi yardım stansiyasının “Mercedes” markalı tibbi yardım maşınına çırpılması nəticəsində 6 nəfər ağır yaralanıb. Yaralılar arasında təcili tibbi yardım briqadasının sürücüsü, tibbi heyəti və xəstəxanaya aparılan şəxs də var. Faktla bağlı araşdırmalar aparılır. Geri qayıt |