23.03.2014. - Bakıda təcili yardım maşını qəzaya düşdü: 6 yaralı

23.03.2014. -  Bakıda təcili yardım maşını qəzaya düşdü: 6 yaralıBakıda təcili tibbi yardım maşını ağır qəzaya düşüb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, hadisə Yasamal rayonu ərazisində - İnşaatçılar prospektində baş verib.
“Toyota Rav 4” markalı avtomobilin Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi yardım stansiyasının “Mercedes” markalı tibbi yardım maşınına çırpılması nəticəsində 6 nəfər ağır yaralanıb.

Yaralılar arasında təcili tibbi yardım briqadasının sürücüsü, tibbi heyəti və xəstəxanaya aparılan şəxs də var.

Faktla bağlı araşdırmalar aparılır.






Fikirlər