Əsas Səhifə > Hadisə > “Vidadi Zeynalov hər ay bizə “paket”də pul verirdi”
“Vidadi Zeynalov hər ay bizə “paket”də pul verirdi”22-11-2016, 10:57 |
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq yüksək vəzifəli şəxsləri barəsində başlanmış cinayət işinin ibtidai istintaqı dövründə şahid qismində dindirilən Mətanət Məmmədovanın ifadəsi məlum olub. “Report”un əldə etdiyi məlumata görə, M.Məmmədova ifadəsində 2011-ci ilin fevral ayından RYTN-də maliyyə, uçot və iqtisadi təhlil şöbəsinin müdiri vəzifəsində işlədiyini deyib. Onun sözlərinə görə, işlədiyi həmin şöbə birbaşa nazirliyin Aparat rəhbəri Vidadi Zeynalova tabe olub: “Nazirliyin aparatının strukturuna həmin şöbədən əlavə digərləri, o cümlədən beynəlxalq əməkdaşlıq, informasiya cəmiyyəti, hüquq və insan resursları, eyni zamanda tənzimləmə və başqa şöbələr də daxildir”. RYTN-də məsul vəzifələrdə işləyən Rədifə Abbasova, Fuad Əhmədov və İlham Mərdanov da göstərilən faktlarla bağlı şahid qismində dindirilib. Həmin şəxslər də şahid M.Məmmədovanın ifadəsinə oxşar məzmunlu ifadə verib. Onlar nazirliyin keçmiş Aparat rəhbəri tərəfindən onlara hər ay bağlı zərfdə “paket” olaraq pul verilməsini, lakin həmin pul vəsaitlərinin hansı mənbələr hesabına daxil olmasından xəbərsiz olduqlarını söyləyiblər.
Geri qayıt |