Əsas Səhifə > Hadisə > QALMAQALLI BANKİR MİLYONLARI TALAYILB, NECƏ QAÇDI?
QALMAQALLI BANKİR MİLYONLARI TALAYILB, NECƏ QAÇDI?20-12-2016, 11:39 |
“Royalbank”ı çökdürən Eldar Mahmudov sonradan Əli Camın Azərbaycanı gizli şəkildə tərk etməsinə köməklik göstərib 2012-ci ilin avqustunda qapadılan “Royalbank” ASC-nin çökdürülməsində “MTN çetesi”nin əli olub. Bu haqda redaksiyamıza daxil olan xəbərdə deyilir ki, bankın İdarə Heyətinin sədri, İran mənşəli ABŞ vətəndaşı Cam Əli Mohammad Hassan oğlu Eldar Mahmudovun təsiri altına salınıb. Bank rəhbərinə ən müxtəlif yollarla təzyiqlər göstərilməklə sabiq nazirin şəxsi maraqları təmin edilib. Son nəticədə isə bank müflis həddinə gətirilib və lisenziyası geri alınıb. Uzun illər Azərbaycanda fəaliyyətdə olan bank üzərindən xaricdə olan hesablara “qara pul” köçürmələri baş tutub. Cinayətlərə etiraz edən bankın filial müdirləri isə ən müxtəlif bəhanələrlə həbsə göndəriliblər. Həbslərin gerçəkləşdirilməsi üçün əsas kimi isə Ə.Camın imzası ilə MTN və digər qurumlara göndərilən məktublar olub. Həmin məktublara əsasən cinayət işləri başlanıb, günahı qanunsuzluqlara etiraz etməkdən o yana keçməyən filial müdirləri qandallanıblar. “Royal bank” ASC-nin “Xəzər” filialının rəhbəri Rinad Məmmədov da Əli Camın imzası ilə MTN-ə göndərilən məktub əsasında tutulanlardandır.
Başqa bir hal isə Əli Cam özü şəxsən mənə təkid edirdi ki, mən İran və Norveqiya ikili vətəndaşlarının adına, lakin onlar Azərbaycanlı olmadıqları halda hesab açaraq, onlara Platinium və İnfinity Plastik kartları verməklə, onlara 100.000-150.000 ABŞ dolları kredit xətti ayırıb plastik hesabına keçirdim. Onu da qeyd edim ki, həmin kartlar müştəriyə təqdim edilməsi üçün onların depozit hesabında ən azı 50.000 AZN olmalıdı. Həmin şəxslərin adları:’ 1. Marandi Cavad Bütün bunlara mən qəti etiraz etdim”. R.Məmmədov etirazından bir müddət sonra həbsə alınıb. R.Məmmədovun qeyd etdiyi kimi ümumilikdə “Royal bank” ASC rəhbəri 15 filial müdirinin həbsində vasitəçi olub. Bu həbslər bank filiallarında uzun-uzadı yoxlamalar, orada hesabları olan şəxslərin sorğu-suala çəkilməsi, pulların qaynaqları haqda suallarla bezdiriliblər, son nəticədə pulları əllərindən alınıb. Bank müştərilərinin vəsaitlərinin “xortumlanması” Eldar Mahmudov-Əli Cam işbirliyinin istiqamətlərindən biri olub. Bundan başqa bankın filiallarında çalışanları obyektlərinin əllərindən alınması faktları da var. Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin idarə rəisi olmuş generalı Sübahir Qurbanovun adına Əli Cam vaxtilə xeyli əmlak özəlləşdirib. Belə əmlaklardan biri hazırda Sübahir Qurbanovun işi üzrə zərərçəkənlərdən biridir. Onun Gəncədə atasından qalma əmlakını Əli Cam fırıldaq yolu ilə Sübahir Qurbanovun oğlunun adına keçirib. 2012-ci ildə Mərkəzi Bank “Royal bank” ASC-nin lisenziyasını ləğv edəndən sonra bankda başlanan yoxlamalar nəticəsində illərlə bankda baş verən qanunsuzluqlar üzə çıxıb. Lakin banka lisenziya verilməməsi əslində bankın qanunsuzluqlar içində itib-batması, İranla ilişgilərinə görə olub. Məsələ burasındadır ki, “Royal Bank” fəaliyyətdə olduğu dövrdə İranın çirkli pullarının “yuyulması” barədə məlumatlar vardı. Hətta məşhur “WikiLeaks” saytının yaydığı məxfi materiallarda da bu haqda bəhs olunurdu.
İstintaqla həmçinin müəyyən edilmişdir ki, ASC-nin “Gəncə” filialının müdiri Tağıyev Anar Qalib oğlu cəmiyyətin Müşahidə Şurasının sədri Əli Cam və qeyriləri ilə qabaqcadan əlbir olaraq qeyd edilən Dövlət Agentliyindən kənd təsərrüfatı təyinatlı kreditlərin verilməsi məqsədilə bankın hesabına köçürülmüş külli miqdarda özgə əmlakını ələ keçirmək məqsədilə kredit almaq üçün filiala müraciət etmiş ayrı-ayrı şəxslərin adlarına ümumilikdə 1 milyon 120.0 min manat məbləğində kredit rəsmiləşdirmişdir. Bundan sonra ödəniş sənədlərini vətəndaşların özlərinə imzalatdırmaqla həmin vəsaitdən cəmi 67.0 min manatını vətəndaşlara verməklə, qalan məbləğləri isə kassadan qanunsuz olaraq götürməklə ümumilikdə 1 milyon 53 min manat məbləğində pulu mənimsəyərək talamışlar. Ədalət Müseyibov və Anar Tağıyev Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilmişdir. Hazırda qeyd edilən cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla, vurulmuş ziyanın ödətdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”. Həmin dövrdə digər şəxslər həbs edilsələr də, Əli Cam Eldar Mahmudovun himayəsi altında ölkədən qaça bilib. Bu gün Azərbaycandan çıxarılan milyonlarla dolların hesabına xaricdə kefindədir.(musavat.com)
Fuad Əli oğlu Camın beynəlxalq axtarışa verilməsi barədə məlumat İnterpolun saytında da yerləşdirilib. Geri qayıt |