QALMAQALLI BANKİR MİLYONLARI TALAYILB, NECƏ QAÇDI? – Şok təfərrüatlar
“Royalbank”ı çökdürən Eldar Mahmudov sonradan Əli Camın Azərbaycanı gizli şəkildə tərk etməsinə köməklik göstərib 2012-ci ilin avqustunda qapadılan “Royalbank” ASC-nin çökdürülməsində “MTN çetesi”nin əli olub. Bu haqda redaksiyamıza daxil olan xəbərdə deyilir ki, bankın İdarə Heyətinin sədri, İran mənşəli ABŞ vətəndaşı Cam Əli Mohammad Hassan oğlu Eldar Mahmudovun təsiri altına salınıb. Bank rəhbərinə ən müxtəlif yollarla təzyiqlər göstərilməklə sabiq nazirin şəxsi maraqları təmin edilib. Son nəticədə isə bank müflis həddinə gətirilib və lisenziyası geri alınıb. Uzun illər Azərbaycanda fəaliyyətdə olan bank üzərindən xaricdə olan hesablara “qara pul” köçürmələri baş tutub. Cinayətlərə etiraz edən bankın filial müdirləri isə ən müxtəlif bəhanələrlə həbsə göndəriliblər. Həbslərin gerçəkləşdirilməsi üçün əsas kimi isə Ə.Camın imzası ilə MTN və digər qurumlara göndərilən məktublar olub. Həmin məktublara əsasən cinayət işləri başlanıb, günahı qanunsuzluqlara etiraz etməkdən o yana keçməyən filial müdirləri qandallanıblar. “Royal bank” ASC-nin “Xəzər” filialının rəhbəri Rinad Məmmədov da Əli Camın imzası ilə MTN-ə göndərilən məktub əsasında tutulanlardandır. Mətbuatda dərc olunan həmin müraciətdən sitat:“Qısa desək, Samir Əkbərov Əli Camın göstərişinə əsasən özləri istədikləri qaydada idarə etmişlər. Bundan əlavə Əli Cam sonradan filiala müşahidə şurasının üzvi Famil Teymurovu kuratoru təyin etməklə, filiala Əmir Adeli adlı şəxsi şərik kimi təqdim etdi. Əmir Adelin banka gələndən bir müddət sonra mənə dedi ki, işçilərdən bir neçəsinin çıxartmaq lazımdır. Məndən soruşduqda nə üçün? O, cavab verdi ki, özümlə gətirdiyim adamları işə götürəcəyəm. Filialda onun üçün əlavə otaq icarəyə götürüldü, mebel alındı və Baş Bankın göstərişi ilə filialın bütün kredit dosyaları onun otağına yığıldı. O, əvvəl “Az Sığorta” şirkətinin müdiri olub. Ordan vəzifəsindən kənarlaşdıqdan sonra Əli Cam Əmir Adelini mənim ilə birgə fəaliyyət üçün təqdim etmişdi. Famil Teymurovun rəhbərliyi ilə dəfələrlə filialda iclas keçirilmişdi. Əmir Adeli filiala Röyal Bankın idarə heyətinin üzvi kimi təqdim olunmuşdu. (O, özü ingilis və iran vətəndaşıdır) Onun gəlişindən sonra isə, İran İslam Respublikasına, Röyal Bankın orada olan qeyri rəsmi şöbəsində pulların gizli köçürülməsini təkid edirdilər. Başqa bir hal isə Əli Cam özü şəxsən mənə təkid edirdi ki, mən İran və Norveqiya ikili vətəndaşlarının adına, lakin onlar Azərbaycanlı olmadıqları halda hesab açaraq, onlara Platinium və İnfinity Plastik kartları verməklə, onlara 100.000-150.000 ABŞ dolları kredit xətti ayırıb plastik hesabına keçirdim. Onu da qeyd edim ki, həmin kartlar müştəriyə təqdim edilməsi üçün onların depozit hesabında ən azı 50.000 AZN olmalıdı. Həmin şəxslərin adları:’ 1. Marandi Cavad Bütün bunlara mən qəti etiraz etdim”. R.Məmmədov etirazından bir müddət sonra həbsə alınıb. R.Məmmədovun qeyd etdiyi kimi ümumilikdə “Royal bank” ASC rəhbəri 15 filial müdirinin həbsində vasitəçi olub. Bu həbslər bank filiallarında uzun-uzadı yoxlamalar, orada hesabları olan şəxslərin sorğu-suala çəkilməsi, pulların qaynaqları haqda suallarla bezdiriliblər, son nəticədə pulları əllərindən alınıb. Bank müştərilərinin vəsaitlərinin “xortumlanması” Eldar Mahmudov-Əli Cam işbirliyinin istiqamətlərindən biri olub. Bundan başqa bankın filiallarında çalışanları obyektlərinin əllərindən alınması faktları da var. Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin idarə rəisi olmuş generalı Sübahir Qurbanovun adına Əli Cam vaxtilə xeyli əmlak özəlləşdirib. Belə əmlaklardan biri hazırda Sübahir Qurbanovun işi üzrə zərərçəkənlərdən biridir. Onun Gəncədə atasından qalma əmlakını Əli Cam fırıldaq yolu ilə Sübahir Qurbanovun oğlunun adına keçirib. 2012-ci ildə Mərkəzi Bank “Royal bank” ASC-nin lisenziyasını ləğv edəndən sonra bankda başlanan yoxlamalar nəticəsində illərlə bankda baş verən qanunsuzluqlar üzə çıxıb. Lakin banka lisenziya verilməməsi əslində bankın qanunsuzluqlar içində itib-batması, İranla ilişgilərinə görə olub. Məsələ burasındadır ki, “Royal Bank” fəaliyyətdə olduğu dövrdə İranın çirkli pullarının “yuyulması” barədə məlumatlar vardı. Hətta məşhur “WikiLeaks” saytının yaydığı məxfi materiallarda da bu haqda bəhs olunurdu. Həmin məlumatda deyilirdi: “RoyalBank” Açıq Səhmdar Cəmiyyətinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Vergilər Nazirliyindən daxil olmuş cinayət işinin istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində davam etdirilir. Müəyyən edilmişdir ki, ASC-nin “Tovuz” filialının müdiri Müseyibov Ədalət Nurəddin oğlu cəmiyyətin Müşahidə Şurasının sədri Cam Əli Mohammad Hassan oğlu və qeyriləri ilə qabaqcadan əlbir olaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyindən kənd təsərrüfatı təyinatlı kreditlərin verilməsi məqsədilə bankın hesabına köçürülmüş külli miqdarda özgə əmlakını ələ keçirmək məqsədilə kənd təsərrüfatı krediti almaq üçün filiala müraciət etmiş Tovuz rayon sakinləri Nizami Qarayev, Seyfəddin Abbasov və İsbəndiyar Müseyibovun adına müxtəlif məbləğlərdə kreditlər rəsmiləşdirməklə ödəniş sənədlərini vətəndaşların özlərinə imzalatdıraraq pulu vətəndaşlara verməyib kassadan qanunsuz olaraq götürməklə 400.0 min manat məbləğində pulu mənimsəyərək talamışlar. İstintaqla həmçinin müəyyən edilmişdir ki, ASC-nin “Gəncə” filialının müdiri Tağıyev Anar Qalib oğlu cəmiyyətin Müşahidə Şurasının sədri Əli Cam və qeyriləri ilə qabaqcadan əlbir olaraq qeyd edilən Dövlət Agentliyindən kənd təsərrüfatı təyinatlı kreditlərin verilməsi məqsədilə bankın hesabına köçürülmüş külli miqdarda özgə əmlakını ələ keçirmək məqsədilə kredit almaq üçün filiala müraciət etmiş ayrı-ayrı şəxslərin adlarına ümumilikdə 1 milyon 120.0 min manat məbləğində kredit rəsmiləşdirmişdir. Bundan sonra ödəniş sənədlərini vətəndaşların özlərinə imzalatdırmaqla həmin vəsaitdən cəmi 67.0 min manatını vətəndaşlara verməklə, qalan məbləğləri isə kassadan qanunsuz olaraq götürməklə ümumilikdə 1 milyon 53 min manat məbləğində pulu mənimsəyərək talamışlar. Ədalət Müseyibov və Anar Tağıyev Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilmişdir. Hazırda qeyd edilən cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla, vurulmuş ziyanın ödətdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”. Həmin dövrdə digər şəxslər həbs edilsələr də, Əli Cam Eldar Mahmudovun himayəsi altında ölkədən qaça bilib. Bu gün Azərbaycandan çıxarılan milyonlarla dolların hesabına xaricdə kefindədir.(musavat.com) Qeyd edək ki, “AzPolituka.info”nun məlumatına görə, “Royal Bank”ın direktoru, bankın Müşahidə Şurasının sədrinin oğlu, Bankın direktoru 29 yaşlı Fuad Cam da mənimsəmədə ittiham olunur. Bir neçə ölkənin vətəndaşlığını daşıyan F.Camın hazırda ABŞ-da olduğu ehtimal olunur. O, bir neçə dəfə istintaqa dəvət olunsa da, boyun qaçırıb və buna görə də barəsində məhkəmənin hökmü ilə dövlətlər arası axtarış elan edilib. Fuad Əli oğlu Camın beynəlxalq axtarışa verilməsi barədə məlumat İnterpolun saytında da yerləşdirilib.
MTN tərəfindən həbsindən sonra R.Məmmədov CM-nin 179.3.2, 308.2 və 193-1.3.2-ci maddələri ilə ittiham olunaraq sonradan uzun müddətə azadlıqdan məhrum edilmişdi. Həbsdə olduğu dövrdə R.Məmmədov başına gələnlər haqda mətbuata geniş materiallar yollamışdı.
2. Marandi Tərminə Əli qızı
3. Aydari Peyman
4. Otero Saborido Guan Gose
5. Badid Arira Gesus
2013-cü il fevralın 21-də Baş Prokurorluq “RoyalBank” ASC-nin vəzifəli şəxslərinin külli miqdarda özgə əmlakını mənimsəmələrinə görə həbs edilmələri haqda rəsmi məlumat yaymışdı.
Hazırda onun tutulması istiqamətində tədbirlər davam etdirilir.