Əsas Səhifə > Hadisə > “Zati-alilərinizdən mərhəmət üçün xahiş, dua, yalvarış edirəm” –
“Zati-alilərinizdən mərhəmət üçün xahiş, dua, yalvarış edirəm” –22-04-2017, 11:28 |
Rusiya vətəndaşı Roman Seleznyov kredit kartlarına aid informasiyaların oğurlanması məqsədilə ABŞ bizneslərinə haker müdaxiləsi etdiyinə görə Sietl məhkəməsi tərəfindən 27 il müddətinə azadlıqdan məhrum edilib. Azadlıq radiosu yazır ki, məhkəmə hökmündə ondan həmçinin oğurlanmış 170 milyon dollar pulu ödəməsi tələb olunur. Məhkum olunmuş şəxs Rusiya Dövlət Dumasının deputatı Valeri Seleznyovun oğludur. Məhkum edilməzdən əvvəl Seleznyov ona mərhəmət göstərilməsini xahiş edərək hakimə müraciət edib: “Zati-alilərinizdən mərhəmət üçün xahiş, dua, yalvarış edirəm”. Federal prokurorlar Seleznyovu biznes və restoranlara haker müdaxiləsi etmək və kredit kartlarına aid məlumatları gizli internet forumlarında satmaqla milyonlarla dollar qazanmaqda ittiham edirdilər. O birgə yaşadığı sevgilisi ilə Rusiyaya qayıdırdı. Rusiya telekanalları Seleznyovun qanunsuz həbs olunduğunu və ABŞ xüsusi xidmətləri tərəfindən faktiki olaraq oğurlandığını bildirirlər.
Geri qayıt |