Əsas Səhifə > Hadisə, Slayd > Azərbaycanda yeni dərman vasitəsi ixtira olundu
Azərbaycanda yeni dərman vasitəsi ixtira olundu5-11-2014, 16:21 |
![]() Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasında çıxış edən Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov bildirib ki, “Ağ Naftalan yağı” oktyabrın 23-də Səhiyyə Nazirliyi tərəfindən dərman vasitəsi kimi qeydə alınıb. Onun sözlərinə görə, akademiya tarixində ilk dərmandır ki, bunun istifadəsinə icazə verilib: “Dərmanın hazırlanması üçün vanna kimi istifadə edilən Naftalan neftinin tullantısından yağ alınıb. “Ağ Naftalan yağı”ndan dərman kimi istifadəsinə icazə verilib. Yeni dərman burun-boğaz xəstəlikləri üçün istifadə olunması nəzərdə tutulur”. V.Abbasov əlavə edib ki, Naftalan neftindən digər dərman preparatlarının hazırlanması üçün də tədqiqatlar aparılmalıdır: “Naftalan neftindən yalnız vanna kimi istifadə edilməsi erası qurtarmalıdır. Çünki bu, həm də ətraf mühitə ziyan vurur”.(apa.az) Geri qayıt |