Əsas Səhifə > Hadisə > Milli Məclisin sabiq
Milli Məclisin sabiq15-09-2017, 20:38 |
Milli Məclisin sabiq deputatı Aydın Həsənov vəfat edib. “Report” xəbər verir ki, mərhumun cənazəsi bu gün doğulduğu Cəlilabad şəhərinə gətirilib və şəhər qəbiristanlığında dəfn olunub. Qeyd edək ki, A.Həsənov 1942-ci ildə Cəlilabad şəhərində anadan olub. Uzun illər hərbi komissarlıq sahəsində çalışıb, ehtiyatda olan polkovnikdir. A.Həsənov III çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Geri qayıt |