Milli Məclisin sabiq deputatı dünyasını DƏYİŞDİ

209198_res_01

Milli Məclisin sabiq deputatı Aydın Həsənov vəfat edib.

“Report” xəbər verir ki, mərhumun cənazəsi bu gün doğulduğu Cəlilabad şəhərinə gətirilib və şəhər qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, A.Həsənov 1942-ci ildə Cəlilabad şəhərində anadan olub. Uzun illər hərbi komissarlıq sahəsində çalışıb, ehtiyatda olan polkovnikdir.

A.Həsənov III çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.






Fikirlər