Əsas Səhifə > Hadisə > OMON-nun komandiri Elçin Əmiraslanov azad ediləcək?
OMON-nun komandiri Elçin Əmiraslanov azad ediləcək?26-09-2017, 14:53 |
Cebhe.info xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidentinin təqdimatı ilə Cinayət Məcəlləsinin (CM) 57-ci maddəsinin (Ömürlük azadlıqdan məhrum etmə) 4-cü bəndinə dəyişiklik təklif olunur. Layihəyə əsasən, məhkəmə ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun azadlıqdan məhrum etmənin ən azı 25 ilini həqiqətən çəkdiyini, həmçinin onun bu cəzanı çəkdiyi müddətdə qəsdən cinayət törətmədiyini nəzərə alaraq və məhkumun həmin cəzanı çəkməsinə daha lüzum olmadığı qənaətinə gələrsə, ömürlük azadlıqdan məhrum etmə cəza növü 10 ilə qədər müddətə azadlıqdan məhrum etmə ilə əvəz edilə bilər. Hazırda bu müddət 15 ildir. Layihə yaxın günlərdə ictimai dinləmələrdən keçdikdən sonra Milli Məclisdə müzakirəyə çıxarılacaq. Dəyişiklik Qobustan qapalı həbsxanasında ömürlük məhbus, “OMON”un komandirlərindən olmuş Elçin Əmiraslanova da şamil olunacaqmı? Elçin Əmiraslanovun vəkil Elçin Sadıqov Cebhe.info-ya bununla bağlı bildirib ki, keçmiş MBD ölkələrində yeni Cinayət Məcəlləsi qəbul olunana qədər ölüm cəzaları ömürlük azadlıqdan məhrumetmə ilə əvəz olunmuş şəxslər əfv olunub:
Vəkil onu da qeyd edib ki, qanuna əlavə olunan dəyişiklik təsdiq olunarsa, ömürlük məhbuslar azadlığa çıxa bilər: “Ümumiyyətlə, məhbus azadlıqdan məhrumetmə cəzasının 25 ili çəkildikdən sonra hansısa formada azadlığa qovuşa bilər”. Qeyd edək ki, Elçin Əmiraslanov 21 ildir həbsdədir. Onun Hepatit C-dən əziyyət çəkdiyi bildirilir.
Geri qayıt |