Əsas Səhifə > Hadisə > Yeganə şəhərlərarası avtovağzal satışa çıxarıldı –

Yeganə şəhərlərarası avtovağzal satışa çıxarıldı –


8-01-2018, 13:32

89902acfbb54d269b27e15415b0b64bc

Kürdəmir rayonunun avtovağzalı satışa çıxarılıb. Lent.az xəbər verir ki, bu barədə elan saytlarında məlumat yerləşdirilib.

Fiziki şəxs tərəfindən verilən elanda avtovağzalın özəlləşdirildiyi və sahibi tərəfindən 1 milyon 300 min manata satışa çıxarıldığı qeyd edilib.

Elanda bildirilib ki, Bakı prospektində yerləşən avtovağzalın ərazisi ümumilikdə 125 sotdur və “kupça”sı var. Avtovağzalın ərazisində 2 mərtəbəli, 600 kvadrat metrlik bina da var.

Qeyd edək ki, bu obyekt Kürdəmirdəki yeganə şəhərlərarası avtovağzaldır.


Geri qayıt