Yeganə şəhərlərarası avtovağzal satışa çıxarıldı – 1 MİLYON 300 MİNƏ (FOTOLAR)
Kürdəmir rayonunun avtovağzalı satışa çıxarılıb. Lent.az xəbər verir ki, bu barədə elan saytlarında məlumat yerləşdirilib. Fiziki şəxs tərəfindən verilən elanda avtovağzalın özəlləşdirildiyi və sahibi tərəfindən 1 milyon 300 min manata satışa çıxarıldığı qeyd edilib. Elanda bildirilib ki, Bakı prospektində yerləşən avtovağzalın ərazisi ümumilikdə 125 sotdur və “kupça”sı var. Avtovağzalın ərazisində 2 mərtəbəli, 600 kvadrat metrlik bina da var. Qeyd edək ki, bu obyekt Kürdəmirdəki yeganə şəhərlərarası avtovağzaldır.