Əsas Səhifə > Hadisə > Azərbaycan DİASPOR təşkilatının

Azərbaycan DİASPOR təşkilatının


27-01-2018, 20:19

Niderlandın Haaqa şəhərində Azərbaycan diaspor təşkilatının ofisinə basqın olub. 

AzerTaym.az xəbər verir ki, Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlhan Aşkının APA-ya verdiyi məlumata görə, hadisə ötən gecə baş verib. Dərnəyə basqın edən şəxslər ofisin pəncərələrini qırıblar.

İ.Aşkın qeyd edib ki, kamera görüntülərinə görə, ofisə basqın edən 4 nəfər olub. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Hazırda araşdırma aparılır.

Diaspor rəhbəri həmçinin bildirib ki, Afrin əməliyyatından sonra Niderlandda türk millətindən olan şəxslərə və onların məscidlərinə ardıcıl hücumlar olur.

VIDEO


Geri qayıt