Azərbaycan DİASPOR təşkilatının OFİSİNƏ basqın olub - VİDEO
Niderlandın Haaqa şəhərində Azərbaycan diaspor təşkilatının ofisinə basqın olub. AzerTaym.az xəbər verir ki, Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlhan Aşkının APA-ya verdiyi məlumata görə, hadisə ötən gecə baş verib. Dərnəyə basqın edən şəxslər ofisin pəncərələrini qırıblar. İ.Aşkın qeyd edib ki, kamera görüntülərinə görə, ofisə basqın edən 4 nəfər olub. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Hazırda araşdırma aparılır. Diaspor rəhbəri həmçinin bildirib ki, Afrin əməliyyatından sonra Niderlandda türk millətindən olan şəxslərə və onların məscidlərinə ardıcıl hücumlar olur. VIDEO