Zaqatala polisi ayağa qalxdı

Evə silahlı basqın edən maskalı şəxslərin tapılması istiqamətində xüsusi qrup yaradılıb, cinayətkarların kimliyi artıq müəyyən edilib
Zaqatala polisi ayağa qalxdı
Zaqatalada diş texnikinin evinə silahlı basqın edən maskalı şəxslərin tapılması üçün xüsusi əməliyyat-istintaq qrupu yaradılıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, cinayətkarların kimliyi artıq müəyyən edilib. İstintaq sirri olduğu üçün həmin şəxslərin kimliyi açıqlanmır.

Qeyd edək ki, ötən gün gecə saat 04:00 radələrində 3 nəfər naməlum maskalı şəxslər Zaqatala rayonunun Danaçı kəndində kənd sakini, diş texniki işləyən Qurban Məhəmməd oğlu Qurqunayevin evinə silahlı basqın edib. Quldurlar ev sahibini həyat yoldaşı və gəlininin gözü qarşısında döyərək ondan pulllarını tələb ediblər.

Naməlum quldurlar ev sahibini döydükdən sonra evdə olan külli miqdarda pulu götürərək hadisə yerindən qaçıblar.






Fikirlər