Eldar MAHMUDOVUN iki avtosalonuna gecə “BASQIN”ı

Eldar Mahmudovun iki avtosalonuna gecə “basqın”ı

Babək prospekti 74 ünvanında yerləşən keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova məxsus “Maserati” maşın salonu bağlanıb.

Cebhe.info-nun əldə etdiyi məlumata görə, dünən salona vergi əməkdaşları gəlib və yoxlama aparacaqlarını bildiriblər. Vergi yoxlaması axşam saatlarında başladığından əməkdaşların bəzisi bundan ancaq səhər xəbər tutub.

 

Əslində isə, vergi əməkdaşlarının avtosalonu nəzarətə götürmələri salonun bağlanması məqsədi daşıyıb. Bundan bir müddət əvvəl sözügedən salonda əməkdaşların bir qismi ixtisar edilib.

 

Digər bir məlumata görə isə keçmiş nazirin Sədərək yolunun üstündə yerləşən “Jaguar” avtomobil salonunu da bağlanır. Hətta salonun rəhbəri Adil Axundov istintaqa çağırılıb.

 

Salonun artıq fəaliyyət göstərməyəcəyi də bildirilir.

AzerTaym.az






Fikirlər