Azərbaycanda vergi pozuntuları
Vergilər Nazirliyinin analitik-informasiya şöbəsinin məlumatına görə, 1255 vergi ödəyicisi nağd hesablaşmaların aparılması qaydalarını pozub, 343 vergi ödəyicisi qanunla nəzərdə tutulmayan valyutanı ödəniş vasitəsi kimi qəbul edib, ticarət, iaşə və xidmət müəssisələrində qanunsuz olaraq alıb-satıb və ya dəyişdirib, 208 vergi ödəyicisi xüsusi razılıq (lisenziya) almadan fəaliyyət göstərib.
Operativ nəzarət tədbirləri zamanı 315 vergi ödəyicisinin 504 fiziki şəxsi əmək müqaviləsi bağlanılmadan işə cəlb etdiyi, 84 vergi ödəyicisinin fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşıdığı, 58 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış 670 ədəd mal olduğu aşkarlanıb.