Əsas Səhifə > Hadisə > Şəhid qızının ölümünə səbəb olan
Şəhid qızının ölümünə səbəb olan29-03-2018, 16:11 |
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində şəhid qızı Könül Əkbərovanı idarə etdiyi "Jeep" markalı maşınla vuraraq öldürməkdə təqsirləndirilən 17 yaşlı Rəhim Rəhimovun məhkəməsi keçirilib. AzerTaym.az-ın verdiyi xəbərə görə, hakim Novruz Kərimovun icraatında olan prosesdə müdafiə çıxışı edilməli idi. Lakin Rəhim Rəhimovun vəkili iclasa qatılmadığı üçün proses aprelin 2-nə təyin edilib. Xatırladaq ki, dövlət ittihamçısı çıxış edərək R.Rəhimovun 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Hadisə 2017-ci il noyabrın 8-də Bayraq meydanının yaxınlığında baş verib. Şəhid qızını vuran 17 yaşlı gənc R.Rəhimov iş adamı Akif Rəhimovun oğludur. A.Rəhimov isə “Yeganə” şadlıq sarayının rəhbəri Məmməd Rəhimovun qardaşıdır. Geri qayıt |