Şəhid qızının ölümünə səbəb olan 17 yaşlı RƏHİMƏ HÖKM oxunmadı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində şəhid qızı Könül Əkbərovanı idarə etdiyi "Jeep" markalı maşınla vuraraq öldürməkdə təqsirləndirilən 17 yaşlı Rəhim Rəhimovun məhkəməsi keçirilib. AzerTaym.az-ın verdiyi xəbərə görə, hakim Novruz Kərimovun icraatında olan prosesdə müdafiə çıxışı edilməli idi. Lakin Rəhim Rəhimovun vəkili iclasa qatılmadığı üçün proses aprelin 2-nə təyin edilib. Xatırladaq ki, dövlət ittihamçısı çıxış edərək R.Rəhimovun 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Hadisə 2017-ci il noyabrın 8-də Bayraq meydanının yaxınlığında baş verib. Şəhid qızını vuran 17 yaşlı gənc R.Rəhimov iş adamı Akif Rəhimovun oğludur. A.Rəhimov isə “Yeganə” şadlıq sarayının rəhbəri Məmməd Rəhimovun qardaşıdır.