Əsas Səhifə > Hadisə > Azərbaycanda yeni medal təsis
Azərbaycanda yeni medal təsis22-10-2019, 15:14 |
Milli Məclisinin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. "AzerTaym.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, layihə barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. O bildirib ki, Azərbaycanda yeni "Diaspor fəaliyyətində xidmətə görə" medalı təsis edilir: “Bu medal diaspor fəaliyyətində fərqlənən şəxslərə veriləcək”. Qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul olunub. Geri qayıt |