Azərbaycanda yeni medal təsis edildi
Milli Məclisinin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. "AzerTaym.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, layihə barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. O bildirib ki, Azərbaycanda yeni "Diaspor fəaliyyətində xidmətə görə" medalı təsis edilir: “Bu medal diaspor fəaliyyətində fərqlənən şəxslərə veriləcək”. Qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul olunub.