Azərbaycanda YENİ MEDAL TƏSİS EDİLDİ
"AzerTaym.az" Trend-ə istinadən xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra dəyişiklik səsə qoyularaq qəbul edilib.