30.05.2014.- Bu gün Milli Məclisin son iclasıdır
"AzerTaym.az" modern.az-a istinadən xəbər verir ki, deputatlar “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikası qanununun layihəsini üçüncü oxunuşda müzakirə edəcəklər. İclasda “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında”, “Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında gömrük işi sahəsində qarşılıqlı inzibati yardım haqqında” sazişlərin, “Beynəlxalq Valyuta Fondu haqqında Saziş”in maddələrinə Fondun İcra Şurasında islahatlara dair təklif olunan dəyişikliklər”in, “Azərbaycan Respublikası və İspaniya Krallığı arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın və onun Protokolunun təsdiq edilməsi barədə qanun layihələrinə baxacaqlar.
Deputatlar Azərbaycan Respublikasının Cinayət, Vergi, İnzibati Xətalar məcəllələrində, “Su təchizatı və tullantı suları haqqında”, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında”, “Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi (1919-2014)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar” Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Büdcə sistemi haqqında”, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə qanun layihələrini də nəzərdən keçirəcəklər. İclasda “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” qanun layihəsinə də baxılacaq.