Əsas Səhifə > Hadisə > İcra başçısının müavinləri ilə bağlı daha bir
İcra başçısının müavinləri ilə bağlı daha bir22-06-2020, 13:45 |
Bəzi saytlarda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının Abşeron Rayon İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirməsi barədə məlumat yayılıb. Qeyd olunub ki, əməliyyat zamanı RİH-in başçısı İradə Gülməmmədovanın bütün müavinləri saxlanılıb. Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən Oxu.Az-a bildirilib ki, yayılan məlumatlar həqiqətə uyğun deyil: “İcra başçısının müavinləri hazırda işlərinin başındadır. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti də məlumat yayıb”. Geri qayıt |