İcra başçısının müavinləri ilə bağlı daha bir AÇIQLAMA
Bəzi saytlarda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının Abşeron Rayon İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirməsi barədə məlumat yayılıb. Qeyd olunub ki, əməliyyat zamanı RİH-in başçısı İradə Gülməmmədovanın bütün müavinləri saxlanılıb. Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən Oxu.Az-a bildirilib ki, yayılan məlumatlar həqiqətə uyğun deyil: “İcra başçısının müavinləri hazırda işlərinin başındadır. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti də məlumat yayıb”.