Əsas Səhifə > Hadisə > “ABŞ dövlət katibini Azərbaycana gəlməyə vadar etdim”
“ABŞ dövlət katibini Azərbaycana gəlməyə vadar etdim”17-10-2015, 21:57 |
![]() 18 oktyabr 1991-ci ildə Azərbaycanın müstəqilliyi haqqında Konstitusiya Aktının imzalanmasında o zaman milli azadlıq hərəkatı adlanan proseslərin bu gün hələ də xalq arasında nüfuzunu itirməmiş qəhrəmanlarının rolunu danmaq olmaz. Lakin dünya və keçmiş İttifaq çapında əsas yük ölkəyə rəhbərlik məsuliyyətini daşıyan bir şəxsin - Azərbaycan prezidentinin üzərinə düşürdü. Daim olduğu kimi, o günlər də həm daxili, həm xarici narazılıq və təzyiqlər birbaşa dövlət başçısına yönəlirdi... “Müstəqillik ərəfəsi: ziddiyyətlər, müzakirələr, qərarlar...” mövzusunu “üyütmək” üçün “Dəyirman”ımıza Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibovu dəvət etdik... “Qorbaçovun ermənilərə qəzəblənməsindən yararlanmalı idik”... Hamı bilirdi ki, Ermənistan SSRİ Konstitusiyasına zidd olaraq özünü İttifaq dövlətinin bir hissi hesab etmədiyini bildirərək referendumda iştirakdan imtina etmişdi. Bundan əlavə, Ermənistan belə hesab edirdi ki, SSRİ prezidenti Qorbaçov ona göstəriş verə bilməz.Və gəlin razılaşaq ki, ermənilər tərəfindən Qorbaçova belə münasibət sonuncunu hirsləndirmişdi. Odur ki, bu vəziyyətdən durmadan faydalanmalı idik. Bizim operativ hərəkətimiz onunla nəticələndi ki, Qorbaçov qanunsuz hərbi birləşmələri tərksilah etmək və pasport rejiminin yoxlanılması haqqında fərman imzaladı. Odur ki, referenduma getmək istəməyən AXC-dən olan müxalifətçilər bizi Kremllə manevr etməyimizin qarşısını almaqla, təkcə Dağlıq Qarabağda deyil, bütövlükdə bütün Azərbaycanda vəziyyətin normallaşmasının qarşısını alırdılar. Şəxsən mən referendumun nəticələrindən arxayın idim. Qorbaçovun apardığı “yenidənqurma siyasəti” nəticəsində xalqın yaşayış şəraiti ağırlaşsa da, SSRİ xalqları ittifaq dövlətinin yeni formatda saxlanılmasına səs verəcəkdilər. Azərbaycanda da belə oldu. Yuxarıda göstərilənləri nəzərə alaraq biz öz hərəkətlərimizdə çox diqqətli olmalı idik. Bir dəfə biz 1990-cı ilin 20 yanvarında Moskva ilə toqquşmuşduq. Onda SSRİ rəhbəri Qorbaçovu konstitusion asayişi bərpa etmək üçün Azərbaycana qoşun yeritməyə AXC təhrik etmiş və nəticədə günahsız insanların qanı axıdılmışdı. Mən bunu da deputatların yadına saldım. Nəticədə qərara gəldik ki, referendumda iştirak edək. Respublikada səs vermə açıq keçirildi və heç bir saxtalaşdırma faktı ortaya çıxmadı. Praqmatik nöqteyi-nəzərdən bu düzgün addım idi. Referendumda iştirakımız bizim üçün böyük əhəmiyyət kəsb edən məsələlərin həllinə kömək etdi. Onların arasında SSRİ prezidentinin şəxsi göstərişi ilə həyata keçirilən “Koltso” əməliyyatını göstərmək bəs eləyir.. Azərbaycanın referendumda iştirak etmək qərarı ilə Ermənistan-Azərbaycan ərazi konflikti ilk dəfə olaraq Azərbaycanın xeyrinə həll olunurdu. “Mən xaricdən heç bir təzyiqlə üzləşməmişəm” -Azərbaycanın müstəqilliyə doğru getdiyi son aylarda, eləcə də məhz 18 oktyabr 1991-ci il tarixində keçmiş SSRİ rəhbərliyinin rəsmi qurumları və ya xüsusi xidmət orqanları tərəfindən dövlət başçısı kimi sizə birbaşa, ya dolayısıyla hansı təzyiqlər edilirdi? “ABŞ MKİ əməkdaşının mühafizəmi təşkil etmək təklifindən imtina etdim” Bir gün aparatdan kimsə bir neçə amerikalı qonağı qəbul etməyimi xahiş etdi. O vaxt ölkəmizə gələn bir çox əcnəbilərlə görüşürdüm; düşünürdüm ki, bunun ölkə üçün böyük əhəmiyyəti olacaq. Odur ki, bu dəfə də “yox” demədim. Məlum oldu ki, qonaqlardan ikisi MKİ-nin istefadə olan yaşlı əməkdaşıdır. Onlardan bir az cavan olan Harri də çox güman ki, ABŞ-ın bu təhlükəsizlik qurumuna bağlı olan adam idi. Kabinetə girəndə Harri soruşdu ki, nə əcəb gözətçiniz yoxdur? Nə üçün onları prezidentin kabinetinə girərkən necə lazımdır yoxlamadılar? Niyə prezidentin arxasında onun cangüdəni dayanmır? Düzünü deyim, bu sözləri eşidib təəccübləndim. Çünki xaricilərlə belə görüşlər sovet vaxtı da olurdu. Harri mənə şəxsi mühafizəmi təşkil etməyi təklif etdi. Mən isə nəzakətlə imtina etdim. Ümumi söhbətdə əsasən Harri danışirdı, hiss olunurdu ki, o, hər işdən xəbərdardır. Onu sonralar da bir neçə dəfə qəbul etdim. “ABŞ dövlət katibi ilə 1 saata yaxın təkbətək söhbət etdik” Bir dəfə məlumat gəldi ki, ABŞ-ın o vaxtkı dövlət katibi Ceyms Beyker Yerevana getməyə hazırlaşır. Ancaq Yerevandan sonra Bakını ötərək birbaşa Türkmənistana gedir. Bu, məni hiddətləndirdi. Harrini dəvət edib narazılığımı çatdırdım. O, məni sakitləşdirdi və bir az vaxt istədi. Təxminən yarım saatdan sonra Harri qayıtdı və xəbər verdi ki, dövlət katibi bir saatlıq vaxt tapıb Bakıya da səfər edəcək. Ona təşəkkür etdim. Və özlüyümdə cənab Beykeri Bakıda ən azı üç saat saxlayacağamı qət etdim. Mən düşünən kimi də oldu. Beyker Bakıya gəldi və mənimlə görüşü üç saatadək davam etdi. 1 saata yaxın isə təkbətək söhbət etdik. Hiss edirdim ki, Beyker bizim görüşdən razı qalıb. Bunu Harri də təsdiqləyərək dedi ki, dövlət katibi təyyarədən ABŞ prezidenti Buşa zəng edib bu görüş haqqında öz təəssüratlarını bölüşmüşdü. Mütəllibovun hakimiyyətdən getməyində BP-nin hansı rolu olub? Azərbaycana böyük maraq Böyük Britaniyanın məşhur neft korporasiyası olan "British Petrolium"- BP-nin simasında da özünü göstərirdi. Bu şirkət böyük aktivlik nümayiş etdirirdi, hər cürə çalışırdı ki, neft kampaniyalarının Konsorsiumunda əsas operator olsun və oraya onun ortaqları da daxil olsunlar. 1991-ci ildə respublikamızda xarici neft korporasiyalarının Xəzər şelfində neft yataqlarının istismarı ilə bağlı konkursu keçirildi. Konkursda iştirak etmək arzusunu bir çox xarici kompaniyalar bildirdilər, onların arasında BP-dən savayı AMOKO EVRAZIYA, YUNOKL, MACDERMOT, STATOIL və s. vardı. Bir dəfə neft kontraktları üzərində işlədiyimiz ərəfədə Bakıya Britaniyanın Moskvadakı səfiri gəldi. Onun səfərinin məqsədi, mənə baş nazir Con Meycorun Londona səfər haqqında dəvətnaməsini vermək idi. Qısa söhbətdə dedi ki, onun ölkəsi BP-nin kontraktların idarə olunması üzrə Konsorsiumun əsas operatoru olmasında maraqlıdır. Cavab verdim ki, mən konkurs komissiyasının işinə qarışmıram. Ona məsləhət gördüm ki, BP elə təklif irəli sürsün ki, bu bizim xeyrimizə olsun. Başqa məsləhət verə də bilməzdim. Onun sifətindən hiss edirdim ki, təklifim ürəyincə olmadı. Uzun müddət keçdikdən sonra BP-nin Azərbaycandakı nümayəndəsi Les Abraxamsın öz müsahibəsindən bildim ki, o, ingilis xüsusi xidmət idarələri ilə birlikdə mənim prezident postundan getməyimi təşkil edənlədəndir. Onun sözlərinə görə bu, BP-nin marağında olub. İngilis neft korporasiyasının xüsusi nümayəndəsinin həmin müsahibəsi Londonun "Deyli Mayl" və Bakıda “Yeni Zaman” qəzetində dərc olunmuşdu. “MDB-dən kənarda qalsaydıq, Azərbaycan parçalanacaqdı” -1991-ci il dekabrın 21-də Azərbaycanın MDB-yə daxil olması haqqında sazişə imza atdınız. O zaman AXC liderləri sizi ölkənin müstəqilliyini təhlükəyə atmaqda günahlandırdılar. Bəs sizin bir dövlət başçısı olaraq gördüyünüz gerçəklik əslində necə idi? “Ukrayna prezidenti Kravçuk Azərbaycanı müdafiə etdi” Həmin yığıncaq ərəfəsində Qazaxısan prezidenti Nazarbayevə zəng edib mənə dəvətnamə göndərmədikləri üçün narazılığımı bildirmişdim. Nazarbayevin sözlərindən belə anladım ki, sammitdə iştirak etmək üçün nədənsə Yeltsinə zəng vurmalıyam. Bir az düşündükdən sonra, qərara gəldim ki, Ukrayna prezidenti Kravçuka zəng vurum. Söylədiklərimi dinlədikdən sonra o, tərəddüd etmədən MDB-nin əsasını qoyan ölkə liderlərindən biri kimi məni Alma-ata sammitinə dəvət etdi. Xülasə, mən də sammitə qatıldım. Tədbirdəki emosional çıxışım Yelsinə böyük təsir göstərdi. Nitqimi sakitcə dinlədikdən sonra o, üzünü Belarusun rəhbəri Şuşkeviçə tutaraq: “Azərbaycanı da MDB ölkələrinin siyahısına salın!” –dedi. Bu söhbət sammitin əsas hissəsinə 5 dəqiqə qalmış hazırlıq iclasında baş tutmuşdu. Ancaq mən yenə də Azərbaycanın taleyi üçün həyəcan keçitməkdə idim. İclası açarkən Yelsin birdən zala müraciət edərək soruşdu: Yenə də maraqlıdır, Azərbaycanın Prezidentini kim bura dəvət edib? Ukrayna prezidenti dərhal cavab dedi ki, Azərbaycan prezidenti sammitdə iştirakını mənimlə razılaşdırıb. Bununla da məsələ bitdi. Ancaq Yeltsinin iclasda Azərbaycan haqqında ikimənalı sualı bizdə də təbii sual yaradırdı: Axı kim Rusiya prezidentinin Azərbaycan haqqında mənfi fikrə gəlməsinə səbəb ola bilərdi? Bu yalnız dövlət katibi Qennadi Burbulis ola bilərmiş. Çünki AXC liderləri onunla sıx əlaqə saxlayırdı... “MDB-yə girməsəydik, BMT müstəqilliyimizi tanımayacaqdı” Bəs biz AXC-nin istədiyi kimi MDB-dən kənarda qalsaydıq, nə baş verəcəkdi? Əgər mən dövlət başçısı olaraq Azərbaycanın MDB-yə daxil olmasını təmin etməsəydim, biz 2 mart 1992-ci ildə BMT-yə üzv ola bilməyəcəkdik. Bu isə o deməkdir ki, müstəqilliyimizi BMT tərəfindən tanınmayacaqdı və Azərbaycanın səsi yüksək tribunalardan eşidilməyəcəkdi. Bundan əlavə MDB üzvləri, o cümlədən Rusiya ilə əlaqələrimiz pozulacağından Azərbaycan tam təcrid olunacaq və səsimizi heç kim eşitməyəcəkdi. Və nəticədə çox güman ki, Azərbaycan parçalanacaqdı...
Geri qayıt |