“ABŞ dövlət katibini Azərbaycana gəlməyə vadar etdim” - DƏYİRMAN
18 oktyabr 1991-ci ildə Azərbaycanın müstəqilliyi haqqında Konstitusiya Aktının imzalanmasında o zaman milli azadlıq hərəkatı adlanan proseslərin bu gün hələ də xalq arasında nüfuzunu itirməmiş qəhrəmanlarının rolunu danmaq olmaz. Lakin dünya və keçmiş İttifaq çapında əsas yük ölkəyə rəhbərlik məsuliyyətini daşıyan bir şəxsin - Azərbaycan prezidentinin üzərinə düşürdü. Daim olduğu kimi, o günlər də həm daxili, həm xarici narazılıq və təzyiqlər birbaşa dövlət başçısına yönəlirdi... “Müstəqillik ərəfəsi: ziddiyyətlər, müzakirələr, qərarlar...” mövzusunu “üyütmək” üçün “Dəyirman”ımıza Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibovu dəvət etdik...
“Qorbaçovun ermənilərə qəzəblənməsindən yararlanmalı idik”... Hamı bilirdi ki, Ermənistan SSRİ Konstitusiyasına zidd olaraq özünü İttifaq dövlətinin bir hissi hesab etmədiyini bildirərək referendumda iştirakdan imtina etmişdi. Bundan əlavə, Ermənistan belə hesab edirdi ki, SSRİ prezidenti Qorbaçov ona göstəriş verə bilməz.Və gəlin razılaşaq ki, ermənilər tərəfindən Qorbaçova belə münasibət sonuncunu hirsləndirmişdi. Odur ki, bu vəziyyətdən durmadan faydalanmalı idik. Bizim operativ hərəkətimiz onunla nəticələndi ki, Qorbaçov qanunsuz hərbi birləşmələri tərksilah etmək və pasport rejiminin yoxlanılması haqqında fərman imzaladı. Odur ki, referenduma getmək istəməyən AXC-dən olan müxalifətçilər bizi Kremllə manevr etməyimizin qarşısını almaqla, təkcə Dağlıq Qarabağda deyil, bütövlükdə bütün Azərbaycanda vəziyyətin normallaşmasının qarşısını alırdılar. Şəxsən mən referendumun nəticələrindən arxayın idim. Qorbaçovun apardığı “yenidənqurma siyasəti” nəticəsində xalqın yaşayış şəraiti ağırlaşsa da, SSRİ xalqları ittifaq dövlətinin yeni formatda saxlanılmasına səs verəcəkdilər. Azərbaycanda da belə oldu. Yuxarıda göstərilənləri nəzərə alaraq biz öz hərəkətlərimizdə çox diqqətli olmalı idik. Bir dəfə biz 1990-cı ilin 20 yanvarında Moskva ilə toqquşmuşduq. Onda SSRİ rəhbəri Qorbaçovu konstitusion asayişi bərpa etmək üçün Azərbaycana qoşun yeritməyə AXC təhrik etmiş və nəticədə günahsız insanların qanı axıdılmışdı. Mən bunu da deputatların yadına saldım. Nəticədə qərara gəldik ki, referendumda iştirak edək. Respublikada səs vermə açıq keçirildi və heç bir saxtalaşdırma faktı ortaya çıxmadı. Praqmatik nöqteyi-nəzərdən bu düzgün addım idi. Referendumda iştirakımız bizim üçün böyük əhəmiyyət kəsb edən məsələlərin həllinə kömək etdi. Onların arasında SSRİ prezidentinin şəxsi göstərişi ilə həyata keçirilən “Koltso” əməliyyatını göstərmək bəs eləyir.. Azərbaycanın referendumda iştirak etmək qərarı ilə Ermənistan-Azərbaycan ərazi konflikti ilk dəfə olaraq Azərbaycanın xeyrinə həll olunurdu.
“Mən xaricdən heç bir təzyiqlə üzləşməmişəm” -Azərbaycanın müstəqilliyə doğru getdiyi son aylarda, eləcə də məhz 18 oktyabr 1991-ci il tarixində keçmiş SSRİ rəhbərliyinin rəsmi qurumları və ya xüsusi xidmət orqanları tərəfindən dövlət başçısı kimi sizə birbaşa, ya dolayısıyla hansı təzyiqlər edilirdi? “ABŞ MKİ əməkdaşının mühafizəmi təşkil etmək təklifindən imtina etdim” Bir gün aparatdan kimsə bir neçə amerikalı qonağı qəbul etməyimi xahiş etdi. O vaxt ölkəmizə gələn bir çox əcnəbilərlə görüşürdüm; düşünürdüm ki, bunun ölkə üçün böyük əhəmiyyəti olacaq. Odur ki, bu dəfə də “yox” demədim. Məlum oldu ki, qonaqlardan ikisi MKİ-nin istefadə olan yaşlı əməkdaşıdır. Onlardan bir az cavan olan Harri də çox güman ki, ABŞ-ın bu təhlükəsizlik qurumuna bağlı olan adam idi. Kabinetə girəndə Harri soruşdu ki, nə əcəb gözətçiniz yoxdur? Nə üçün onları prezidentin kabinetinə girərkən necə lazımdır yoxlamadılar? Niyə prezidentin arxasında onun cangüdəni dayanmır? Düzünü deyim, bu sözləri eşidib təəccübləndim. Çünki xaricilərlə belə görüşlər sovet vaxtı da olurdu. Harri mənə şəxsi mühafizəmi təşkil etməyi təklif etdi. Mən isə nəzakətlə imtina etdim. Ümumi söhbətdə əsasən Harri danışirdı, hiss olunurdu ki, o, hər işdən xəbərdardır. Onu sonralar da bir neçə dəfə qəbul etdim. “ABŞ dövlət katibi ilə 1 saata yaxın təkbətək söhbət etdik” Bir dəfə məlumat gəldi ki, ABŞ-ın o vaxtkı dövlət katibi Ceyms Beyker Yerevana getməyə hazırlaşır. Ancaq Yerevandan sonra Bakını ötərək birbaşa Türkmənistana gedir. Bu, məni hiddətləndirdi. Harrini dəvət edib narazılığımı çatdırdım. O, məni sakitləşdirdi və bir az vaxt istədi. Təxminən yarım saatdan sonra Harri qayıtdı və xəbər verdi ki, dövlət katibi bir saatlıq vaxt tapıb Bakıya da səfər edəcək. Ona təşəkkür etdim. Və özlüyümdə cənab Beykeri Bakıda ən azı üç saat saxlayacağamı qət etdim. Mən düşünən kimi də oldu. Beyker Bakıya gəldi və mənimlə görüşü üç saatadək davam etdi. 1 saata yaxın isə təkbətək söhbət etdik. Hiss edirdim ki, Beyker bizim görüşdən razı qalıb. Bunu Harri də təsdiqləyərək dedi ki, dövlət katibi təyyarədən ABŞ prezidenti Buşa zəng edib bu görüş haqqında öz təəssüratlarını bölüşmüşdü. Mütəllibovun hakimiyyətdən getməyində BP-nin hansı rolu olub? Azərbaycana böyük maraq Böyük Britaniyanın məşhur neft korporasiyası olan "British Petrolium"- BP-nin simasında da özünü göstərirdi. Bu şirkət böyük aktivlik nümayiş etdirirdi, hər cürə çalışırdı ki, neft kampaniyalarının Konsorsiumunda əsas operator olsun və oraya onun ortaqları da daxil olsunlar. 1991-ci ildə respublikamızda xarici neft korporasiyalarının Xəzər şelfində neft yataqlarının istismarı ilə bağlı konkursu keçirildi. Konkursda iştirak etmək arzusunu bir çox xarici kompaniyalar bildirdilər, onların arasında BP-dən savayı AMOKO EVRAZIYA, YUNOKL, MACDERMOT, STATOIL və s. vardı. Bir dəfə neft kontraktları üzərində işlədiyimiz ərəfədə Bakıya Britaniyanın Moskvadakı səfiri gəldi. Onun səfərinin məqsədi, mənə baş nazir Con Meycorun Londona səfər haqqında dəvətnaməsini vermək idi. Qısa söhbətdə dedi ki, onun ölkəsi BP-nin kontraktların idarə olunması üzrə Konsorsiumun əsas operatoru olmasında maraqlıdır. Cavab verdim ki, mən konkurs komissiyasının işinə qarışmıram. Ona məsləhət gördüm ki, BP elə təklif irəli sürsün ki, bu bizim xeyrimizə olsun. Başqa məsləhət verə də bilməzdim. Onun sifətindən hiss edirdim ki, təklifim ürəyincə olmadı. Uzun müddət keçdikdən sonra BP-nin Azərbaycandakı nümayəndəsi Les Abraxamsın öz müsahibəsindən bildim ki, o, ingilis xüsusi xidmət idarələri ilə birlikdə mənim prezident postundan getməyimi təşkil edənlədəndir. Onun sözlərinə görə bu, BP-nin marağında olub. İngilis neft korporasiyasının xüsusi nümayəndəsinin həmin müsahibəsi Londonun "Deyli Mayl" və Bakıda “Yeni Zaman” qəzetində dərc olunmuşdu. “MDB-dən kənarda qalsaydıq, Azərbaycan parçalanacaqdı” -1991-ci il dekabrın 21-də Azərbaycanın MDB-yə daxil olması haqqında sazişə imza atdınız. O zaman AXC liderləri sizi ölkənin müstəqilliyini təhlükəyə atmaqda günahlandırdılar. Bəs sizin bir dövlət başçısı olaraq gördüyünüz gerçəklik əslində necə idi? “Ukrayna prezidenti Kravçuk Azərbaycanı müdafiə etdi” Həmin yığıncaq ərəfəsində Qazaxısan prezidenti Nazarbayevə zəng edib mənə dəvətnamə göndərmədikləri üçün narazılığımı bildirmişdim. Nazarbayevin sözlərindən belə anladım ki, sammitdə iştirak etmək üçün nədənsə Yeltsinə zəng vurmalıyam. Bir az düşündükdən sonra, qərara gəldim ki, Ukrayna prezidenti Kravçuka zəng vurum. Söylədiklərimi dinlədikdən sonra o, tərəddüd etmədən MDB-nin əsasını qoyan ölkə liderlərindən biri kimi məni Alma-ata sammitinə dəvət etdi. Xülasə, mən də sammitə qatıldım. Tədbirdəki emosional çıxışım Yelsinə böyük təsir göstərdi. Nitqimi sakitcə dinlədikdən sonra o, üzünü Belarusun rəhbəri Şuşkeviçə tutaraq: “Azərbaycanı da MDB ölkələrinin siyahısına salın!” –dedi. Bu söhbət sammitin əsas hissəsinə 5 dəqiqə qalmış hazırlıq iclasında baş tutmuşdu. Ancaq mən yenə də Azərbaycanın taleyi üçün həyəcan keçitməkdə idim. İclası açarkən Yelsin birdən zala müraciət edərək soruşdu: Yenə də maraqlıdır, Azərbaycanın Prezidentini kim bura dəvət edib? Ukrayna prezidenti dərhal cavab dedi ki, Azərbaycan prezidenti sammitdə iştirakını mənimlə razılaşdırıb. Bununla da məsələ bitdi. Ancaq Yeltsinin iclasda Azərbaycan haqqında ikimənalı sualı bizdə də təbii sual yaradırdı: Axı kim Rusiya prezidentinin Azərbaycan haqqında mənfi fikrə gəlməsinə səbəb ola bilərdi? Bu yalnız dövlət katibi Qennadi Burbulis ola bilərmiş. Çünki AXC liderləri onunla sıx əlaqə saxlayırdı... “MDB-yə girməsəydik, BMT müstəqilliyimizi tanımayacaqdı” Bəs biz AXC-nin istədiyi kimi MDB-dən kənarda qalsaydıq, nə baş verəcəkdi? Əgər mən dövlət başçısı olaraq Azərbaycanın MDB-yə daxil olmasını təmin etməsəydim, biz 2 mart 1992-ci ildə BMT-yə üzv ola bilməyəcəkdik. Bu isə o deməkdir ki, müstəqilliyimizi BMT tərəfindən tanınmayacaqdı və Azərbaycanın səsi yüksək tribunalardan eşidilməyəcəkdi. Bundan əlavə MDB üzvləri, o cümlədən Rusiya ilə əlaqələrimiz pozulacağından Azərbaycan tam təcrid olunacaq və səsimizi heç kim eşitməyəcəkdi. Və nəticədə çox güman ki, Azərbaycan parçalanacaqdı...
-Ayaz müəllim, öncə müstəqilliyimizin növbəti ildönümü münasibətilə sizi təbrik edirik. Azərbaycanın müstəqilliyi haqqında Konstitusiya Aktı sizin prezident olduğunuz dövrdə - 18 oktyabr 1991-ci ildə imzalanıb. Ancaq o zaman da, indi də “müxalifət” adlanan qüvvələr buna qədər sizi əsasən iki məqamda: 1991-ci il martın 7-də SSRİ-nin saxlanması ilə bağlı referendumun səsverməyə qoyulması zamanı Moskvapərəst mövqe tutmaqda və martın 17-də həmin referendumun nəticələrinin guya saxtalaşdırılmasında günahlandırırlar. Zəhmət olmasa, bu haqda fikirlərinizi qısa şəkildə söyləyərdiniz...
- Məşhur bir ifadə var: “siyasət mümkün olanı icra etmək bacarığıdır”. Prezident postunda bu və ya digər qərarı qəbul edərkən daim bu prinsipə arxalanırdım. Yadımdadır ki, Ali Sovetdə 17 mart 1991-ci ildə referendumda iştirak etmək qərarının müzakirəsi çox uzun çəkdi. Deputatların fikirləri birmənalı deyildi. Referendumda iştiraka qarşı əsasən “ demokratik bloka” daxil olan müxalifətçilər gedirdilər. Onların arqumenti yalnız bundan ibarət idi ki, Ermənistan və Gürcüstan referendumda iştirakdan imtina etmişlər, biz də onlara qoşulmalıyıq. Əfsuslar olsun ki, dardüşüncəlilik o dövrün yeni peyda olmuş siyasətçilərinə xas olan əlamət idi. Odur ki, Azərbaycanın gerçək vəziyyətini və belə bir situasiyada Moskva ilə münasibətləri gərginləşdiməmək haqqında çıxış edərək həm də onları anlatmağa çalışdım ki, referendum demokratiyanın yüksək təcəssümüdür və biz, demokratik islahatlar yolu tutmuş ölkəmizə qarşı mənfi münasibət yaratmamalıq. Referendumun mahiyyəti isə onda idi ki, sovet xalqına müraciət olmuşdu: Siz yeniləşmiş demokratik ittifaq dövlətində yaşamaq istəyirsinizmi? Və heç kim 100 faizli qətiyyətlə deyə bilməzdi ki, referendumun nəticəsi necə qurtaracaqdır. Odur ki, insanları öz istəklərini ifadə etmək hüququndan məhrum etmək ağılsızlıq idi. Formal şəkildə onu da nəzərə almalı idik ki, biz də ittifaq dövlətinin bir hissəsi olmaqla SSRİ Prezidentinin qərarını mütləq yerinə yetirməli idik. Digər tərəfdən, həmin tarixi məqamda biz Dağlıq Qarabağda vəziyyətin gərginləşməsinə yol verməməli idik. Əgər referenduma getməsəydik, bu baş verə bilərdi.
Biz respublika ərazisinin çox hissəsini yaraqlılar və qeyri-qanuni hərbi birləşmələrdən azad etməyi bacardıq. Onda nə üçün AXC referendumun keçirilməsinə mane olurdu? Məntiqlə belə nəticəyə gəlmək olur ki, AXC liderləri məhz hakimiyyətə gəlmək üçün Moskva ilə münasibətləri gərginləşdirmək və respublikada stabilliyi pozmaq istəyirdilər. Məni Moskvaya yaxınlıqda ittiham edirdilər, mən isə vəziyyətdən çıxış yolunu bunda görürdüm və əsaslandırırdım. Bununla belə, AXC bir dəfə də olsun, boynuna almır ki, onlar Yeltsinin, Azərbaycana düşmən olan şəxsin, ”demokratik əhatəsi “ ilə əməkdaşlıq ediblər və çalışıblar ki, mənimlə Yeltsin arasında münasibətləri gərginləşdirsinlər. Yeltsinin mənə olan soyuq münasibətinə baxmayaraq, fəaliyyətimi, demək olar ki, uğurla davam etdirirdim. KİV-lərdə mənim necə haqlı olmağım haqda çoxlu faktlar vardır və bunlar sıra-sıra üzə çıxır. Hər halda müxalifətdən olan opponentlərim 24 il keçsə də, döşlərinə döyə bilərlərmi ki, işğal olunmuş torpaqlardan bir məntəqəni və yaxud kəndi azad edə biliblər? Əksinə, onlar hakimiyyətdə olanda Kəlbəcər rayonunu ermənilərə vermişdilər. Keçmiş prezident Əbülfəz Əliyevin 2 aprel 1993-cü il tarixli “Azərbaycan” qəzetində belə bir etirafı vardır ki, o, Kəlbəcəri ermənilərə verməklə Ermənistanda demokratiyanın pozulmasının qarşısını alırdı. Odur ki, opponentlərimə susmağı tövsiyə edərdim. Geniş ictimaiyyətin onların çox hoqqalarından xəbəri yoxdur...
- Bəzi keçmiş “demblok”çular 1991-ci il oktyabrın 18-də sizin guya Prezident Aparatı əməkdaşları tərəfindən saxtalaşdırılmış, yəni Rusiya əleyhinə sərt ifadələr çıxarılmış Akta qol çəkdiyinizi bildirirlər. Bu həqiqətənmi belə olub?
- Bu haqda birinci dəfədir eşidirəm. Demblokçular düzgün olmayan fikirlər irəli sürməyə vərdiş ediblər. O zaman da çalışırdılar ki, onlara xas olan üsulla öz fikirlərini bu sənəddə əks etdirsinlər. Hər halda mən Ali Sovetin savadlı əməkdaşlarına arxalanaraq həmin Aktı şəxsən oxumamışam və mətndə düzəliş aparmamışam. Konstitusiya aktının əsas mahiyyəti Azərbaycan respublikasının müstəqilliyini elan etməkdən ibarət idi və burada da heç bir mübahisəli məsələ ola bilməzdi.
-Mən xaricdən heç bir təzyiqlə üzləşməmişəm. Qeyd etməliyəm ki, Qorbaçov kimliyindən asılı olmayaraq onunla ünsiyyətdə olan insanlara xeyirxahlıq edir, hörmətini saxlayırdı. Hətta ona qarşı hörmətsizlik ediləndə də dözümlülük göstərirdi.
-Müstəqilliyə doğru addımladığımız ərəfədə ABŞ və Böyük Britaniya kəşfiyyatının Azərbaycanda gördüyü işlər barədə məlumatlı idinizmi?
-Həm ABŞ, həm də Böyük Britaniya Azərbaycanla maraqlanır və nümayəndələri bu və ya başqa adlarla buraya gəlib-gedirdilər. Biz də onlara Dağlıq Qarabağ haqqında həqiqətləri çatdırmaq və bu işdə onlardan kömək almaq məqsədilə həmin ölkələrin rəhbərləri ilə kontakt yaratmaq marağında idik Və biz bu ölkələrdə lobbi şəbəkəsi yaratmaq üçün ABŞ-ın və Böyük Britaniyanın neft korporasiyalarının maraqlarını da nəzərə almalı idik. Hesab edirdik ki, neft kontraktlarının gerçəkləşməsi üçün ABŞ-da mənzil-qərargahın açılması Amerika lobbiçiləri ilə məqsədyönlü iş aparmağa şərait yaradacaqdır. Bunun vacibliyi həm də orada ermənilərin yaxşı təşkil olunmuş diasporlarının olması ilə bağlı idi.
Növbəti dəfə isə belə informasiya gəldi ki, Qorbaçovun Ermənistan və DQ-da qeyri-qanunu hərbi birləşmələrin tərkisilah edilməsi haqqında fərmanını eşidən ABŞ-ın 40-a yaxın konqresmeni Prezident Buşa tələblə müraciət edib ki, Qorbaçova təzyiq göstərsin ki, tərksilah əməliyyatını dayandırsın. Yenə də Harrini çağırdım və xahiş etdim ki, yuxarıda göstərilən konqresmenlərin müraciətinin surətini mənə çatdırsın. İki gün sonra o, istədiyim sənədin surətini və üstəlik, Amerika konqresmenlərinin həbsdə olan erməni müxalifətçisi Paruyr Ayrikyanın buraxılması haqqında müraciətini də gətirdi. SSRİ prezidentini hər iki sənədlə tanış etdim. Bu görüş Qorbaçovun qeyri-qanunu silahlı birləmələrinin tərkisilah olunması haqqında Fərmanının həyata keçirilməsi ərəfəsində baş verirdi.
-Azərbaycanın MDB-yə daxil olması da dramatik oldu. Aydındır ki, Müstəqil Dövlətlər Birliyi boş yerdə yox, SSRİ dağıldıqdan sonra Rusiya Federasiyasının SSRİ-nin hüquqi varisi olması kontekstində yarandı. Bununla Qərb də razılaşırdı. Ehtimal olunurdu ki, bu razılaşma geniş postsovet məkanında təhlükəsizliyi təmin etməli idi. Qərb Pribaltika respublikaları ərazisinin SSRİ tərkibinə qatılmasının legitimliyini qəbul etmirdi. Odur ki, Pribaltika Qərbin prorektoratlığına keçirdi. Digər respublikalar isə BMT üzvü olmaq üçün MDB-də birləşməliydilər. Göründüyü kimi, tarixin o dövründə hegemon dövlətlərin MDB-nin Britaniya ölkələr birliyinə oxşar qaydada formalaşması barədə ciddi qərarları vardı. Və bununla hesablaşmamaq postsovet respublikalarının, o cümlədən Azərbaycanın siyasi elitası üçün ciddi fəsadlar yarada bilərdi. AXC liderlərinin və keçmiş dövlət partnomenklaturasının bəzi nümayəndələrinin bu haqda dediklərinin heç birində bu düşünülməmiş addımın ağrılı nəticələri barədə siyasi analiz yox idi. Onların fikirləri, sadəcə, korporativ maraqlara xidmət edirdi və mənim imicimə zərbə vurmaq istəyindən irəli gəlirdi. Gerçəklikdə isə əgər Azərbaycan MDB-yə getməsəydi, özü-özünü beynəlxalq aləmdən təcrid edəcəkdi. Bu isə Dağlıq Qarabağda konfliktin gücləndiyi vaxta təsadüf edirdi. Yanan münaqişə ocağına odun atmaq isə bir dövlət başçısı kimi mənim tərəfimdən Vətənə xəyanət kimi baxılırdı. AXC-nin Yeltsinin ətrafı ilə Azərbaycanın MDB-yə qəbul edilməsinə mane olmaq və Mütəllibovu dəstəkləməmək xahişi ilə aparılan gizli danışıqları məsələni daha da gərginləşdirirdi. Yuxarıda dediklərimin təsdiqi kimi Moskvanın mənim 21 dekabr 1991-ci ildə Alma-ataya gəlməyimə icazənin verilməməsi faktını göstərmək istərdim. Həmin gün burada Belovej Puşasındakı razılaşmadan sonra MDB ölkələri başçılarının ikinci iclası keçirilirdi. Bu iclasda Pribaltika, Gürcüstan (MDB-yə girməkdən imtina etmişdi) və Azərbaycandan başqa MDB-nin tərkibinə daxil olan respublikalar müəyyən edilməli idi.