Əsas Səhifə > Hadisə > FACİƏ: Şəhidimizin yeniyetmə bacısı dəm qazından boğulub öldü
FACİƏ: Şəhidimizin yeniyetmə bacısı dəm qazından boğulub öldü13-11-2021, 22:39 |
II Qarabağ müharibəsində şəhid olan Rəşad Ağazadənin ailəsində faciə yaşanıb. Ötən gün onun yeniyetmə bacısı Tamilla Ağazadə dəm qazından zəhərlənərək vəfat edib. Ailə üzvlərindən BAKU.WS-ə verilən məlumata görə, hadisə dünən axşam saatlarında hamam otağında yaşanıb. Tamillanın hamamdan gec çıxdığını görən ailə üzvləri daha sonra onun zəhərləndiyinin şahidi olublar. Yeniyetmə 8-ci sinif şagirdi olub. Bu dəqiqələrdə mərhumla vida mərasimi keçirilir. Qeyd edək ki, Tamillanın 21 yaşlı qardaşı Rəşad Ağazadə II Qarabağ müharibəsi zamanı Suqovuşan istiqmətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. O döyüş yoldaşlarını xilas edərkən şəhid olub. ![]() ![]() ![]() Geri qayıt |