FACİƏ: Şəhidimizin yeniyetmə bacısı dəm qazından boğulub öldü FOTO VİDEO

II Qarabağ müharibəsində şəhid olan Rəşad Ağazadənin ailəsində faciə yaşanıb.

Ötən gün onun yeniyetmə bacısı Tamilla Ağazadə dəm qazından zəhərlənərək vəfat edib.

Ailə üzvlərindən BAKU.WS-ə verilən məlumata görə, hadisə dünən axşam saatlarında hamam otağında yaşanıb. Tamillanın hamamdan gec çıxdığını görən ailə üzvləri daha sonra onun zəhərləndiyinin şahidi olublar.

Yeniyetmə 8-ci sinif şagirdi olub. Bu dəqiqələrdə mərhumla vida mərasimi keçirilir.

Qeyd edək ki, Tamillanın 21 yaşlı qardaşı Rəşad Ağazadə II Qarabağ müharibəsi zamanı Suqovuşan istiqmətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. O döyüş yoldaşlarını xilas edərkən şəhid olub.






Fikirlər