Bakıda iki dəhşətli FACİƏ: dəm qazı iki can aldı

Bakıda nənə və nəvə dəm qazından zəhərlənib. Qaradağ rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Səngəçal qəsəbəsində qeydə alınıb. 

Qəsəbə sakini, 50 yaşlı Səmayə Nəsirova yaşadığı evin hamamında nəvəsi, 6 yaşlı Nərmin Məmmədovanı çimizdirərkən hər ikisi dəm qazından zəhərlənib. S. Nəsirova boğularaq ölüb, N.Məmmədova isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır. 

Digər hadisə Xətai rayonunda baş verib. Rayonun Məhəmməd Hadi küçəsi, ev 109, mənzil 38 ünvanında yaşayan, 1964-cü il təvəllüdlü Qumru Əlirza qızı Qurbanova və bacısı, 1960-cı il təvəllüdlü Gülnar Əlirza qızı Qurbanova dəm qazından zəhərləniblər. Q.Qurbanova ölüb, bacısı isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. 






Fikirlər