ƏFQAN Muxtarlının ailəsində BÖYÜK FACİƏ - 3 nəfər HƏLAK OLDU
Həbsdə olan jurnalist Əfqan Muxtarlının bacısı və uşaqları həlak olub. “AzerTaym.az” APA-ya istinadən xəbər verir ki, hadisə Zaqatala şəhəri Hacı Zeynalabdin Tağıyev küçəsi bina 2, mənzil 14 ünvanında baş verib. Həmin ünvanda kirayədə yaşayan Zaqatala rayonu Aşağı Tala kənd sakini Muxtarlı Nuranə Sabir qızı və onun bir azyaşlı övladının, o cümlədən N. Muxtarlının qardaşı Ramazanın azyaşlı övladının meyitləri aşkar edilib. İlkin ehtimala görə, ana və iki övladı dəm qazından zəhərlənib.
Hadisə baş verən zaman mənzildə Nuranənin daha bir azyaşlı övladı olub, o, sağ qalıb.
Hazırda Zaqatala rayon hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparılır. Meyitlər tibbi müayinə olunmaq Pataloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə aparılıb. Araşdırmadan sonra ölümlərin səbəbi məlum olacaq.
Qeyd edək ki, həyatını itirən N. Muxtarlı və iki azyaşlı jurnalist Əfqan Muxtarlının bacısı və qardaşı uşaqlarıdır. Faktla bağlı Zaqatala rayon Prokurorluğunda araşdırma aparılır.