ABŞ Dövlət Departamenti Azərbaycandakı həbslərdən narahatlığını IFADƏ EDİB

dovlet-departament-usa-abs

ABŞ Dövlət Departamenti Əfqan Muxtarlı ilə Gözəl Bayramlının həbsinə münasibət bildirib.

Birləşmiş Ştatlar mayın 30-da azərbaycanlı jurnalist Əfqan Muxtarlının Tbilisidən qaçırılaraq, daha sonra Azərbaycanda həbs edilməsini dərin narahatlıq hissi ilə qarşılayır. Biz həmçinin mayın 25-də Azerbaycanda Xalq Cəbhəsi partiyasının sədr müavini Gözəl Bayramlının da həbsinə görə narahatıq.
Biz Azərbaycan hökümətini beynəlxalq və ATƏT qarşısındakı öhdəliklərinə uyğun olaraq fundamental azadlıqlarını icra etdiklərinə görə həbs olunanları azadlığa buraxmağa çağırırıq.
Biz Gürcüstanda oğurlanma ilə bağlı aparılan istintaqı yaxından izləyirik və bu istintaqın ətraflı, şəffaf və vaxtında aparılmasına çağırırıq” (“Amerikanın səsi”).
Onu da qeyd edək ki, Azərbaycanın hüquq-mühafizə orqanları G.Bayramlının qaçaq yolla ölkəyə külli-miqdarda valyuta keçirərkən, Ə.Muxtarlının isə sərhədi pozarkən saxlanıldığını deyirlər.(musavat.com)






Fikirlər