ABŞ rəsmisi: “DİGƏR məhbusları da AZAD etməyə çağırırıq”

“Amerika Birləşmiş Ştatları Azərbaycan hökumətinin insan haqları sahəsindəki işlərinə görə və ya fundamental azadlıqlarından istifadə etdiklərinə görə həbs edilmiş ondan çox şəxsin azadlığa buraxılması kimi müsbət addımını alqışlayır”.Bu sözlər ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbinin Azərbaycanda imzalanan əfv sərəncamı ilə bağlı açıqlamasında yer alıb.

ABŞ-ın Azərbaycandakı səfirliyindən göndərilən açıqlamada daha sonra bildirilib:
“Bu gün azad edilməşlər arasında tanınmış hüquq müdafiəçisi Rəsul Cəfərov, Seçkilərin Monitorinqi v Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli, talış etnik azlığının nəşrinin baş redaktoru Hilal Məmmədov və Musavat Partiyasının sədr müavini Tofiq Yaqublu var. Jurnalist və sülh fəalı Rauf Mirqədirov da şərti azadlığa buraxılıb.

ABŞ rəsmisi:“Digər məhbusları da azad etməyə çağırırıq”



Biz Azərbaycan hökuməti ilə əlavə müsbət addımlar üzərində işləməyə hazırıq. Biz həmçinin hökuməti eyni azadlıqlardan istifadə etdiklərinə görə həbs edilmiş sayılan digər məhbusları da azad etməyə və azadlığa çıxmışların hərəkət etmə azadlığlarına qoyulmuş məhdudiyyətləri aradan götürməyə çağırırıq”.(modern.az)






Fikirlər