30.01.2014. - İntihar edən qızın vəziyyəti ağırdır
DƏHŞƏTDI!
Ölkə özünə qəsd,özünü yandırma epidemiyasına yoluxub sanki elə bil.
Bu gün səhər saatlarında Bakının mərkəzində özünü yandıran 20 yaşlı Lənkəran sakini Məleykə Bayramlının vəziyyəti olduqca ağırdır.
Bu barədə yerli KİV-ə M.Bayramlının müalicə aldığı 5 saylı Şəhər Klinik Xəstəxanasının Yanıq çöbəsinin müdiri Vüqar Ələkbərov danışıb.
O, xəstənin bədəninin 70 faizinin yandığını da bildirib: "Məleykə Bayramlının səhhəti ağırdır. Yanıq yaraları çox dərindir".
Qeyd edək ki, adıçəkilən xanım özünə od vurduqdan sonra yana-yana qaçıb. Ona görə də yanıq çox dərin olub. Qızın bədənində 3-cü dərəcə yanıqlar var.
Abuzər AZƏROĞLU