Əfqan Muxtarlı Gürcüstanda saxlanılaraq Azərbaycana GƏTİRİLİB
Ötən gün Tbilisidə saxlanılan jurnalist Əfqan Muxtarlı Azərbaycana gətirilib. Bu barədə APA-ya məlumat verən vəkil Nemət Kərimli bildirib ki, onu Dövlət Sərhəd Xidmətinə gətiriblər. Vəkilin sözlərinə görə, Ə. Muxtarlı sabah məhkəmə qarşısına çıxarılacaq. Onun hansı səbəbdən saxlanıldığı hələlik məlum deyil.