QARABAĞ qazisi VƏFAT edib – Atası şəhid, qardaşı şəhid və AZƏRBAYCANIN MİLLİ QƏHRƏMANIDIR...

Qarabağ qazisi vəfat edib - Atası şəhid, qardaşı şəhid və Azərbaycanın Milli Qəhrəmanıdır

 

Bu gün II qrup Qarabağ qazisi Novruz Qasım oğlu Qasımov Mingəçevir şəhərində vəfat edib.

Qaziler.az saytına onun ailəsindən daxil olan məlumata görə, Novruz Qasımov bir müddətdir mədə xərcəngindən əziyyət çəkirdi. Həmin xəstəlikdən də dünyasını dəyişib. N.Qasımov 1962-ci ildə Ağdam rayon Salahlı kəndində anadan olub. O, erməni işğalcılrına qarşı gedən döyüşlərdə iştirak edib, 1993-cü ildə Ağdamın Qalayçılar, Böyəhmədli kəndləri uğrunda gedən döyüşdə yaralanıb. Novruzun qardaşı İxtiyar Qasımovda döyüşlərdə iştirak edib, şəhid olub, Azərbaycanın Milli Qəhrəmanıdır. Atası Qasım Qasımov da Qarabağ müharibəsi şəhididir.

N.Qasımov əvvəllər Qarabağ Əlillər Cəmiyyətinin, sonra isə Qarabağ qazilər birliyinin Mingəçevir şöbəsinin rəhbərliyində təmsil olunub. Qarabağ əlillərinin problemlərinin həllində zəhməti və əziyyəti olub.






Fikirlər