11.01.2014 - Qazilər PREZİDENTƏ üz tutdular!

11.01.2014 -   Qazilər PREZİDENTƏ üz tutdular!“Elə məmurlar, icra başçıları var ki, Qarabağ qazisini, şəhid ailəsini qəbul etmir, onları təhqir edirlər”
Qarabağ qazilərinin problemləri ilə bağlı yeddi təşkilat bir araya gələrək onların həlli vacib problemlərini müəyyənləşdirib və prezident İlham Əliyevə müraciət ediblər.

Bu barədə ölkə KİV-nə “Qarabağ qaziləri” birliyinin mətbuat xidmətindən məlumat daxil olub.

Müraciətdə bildiilir ki, ötən il, dekabrın 25-də Azərbaycanda hamımızı sarsıdan bir olay yaşandı. 2-ci qrup Qarabağ qazisi Zaur Həsən oğlu Həsənov ona qarşı olan haqsızlığa etiraz əlaməti olaraq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının binasının qarşısında özünü yandırmaqla intihar etdi: “Sizin vaxtında və zəruri müdaxilənizdən sonra əlilin həyatda qalması üçün bütün lazımı təcili təxirə salınmaz tibbi tədbirlə görülsə də, təəssüf ki, Qazimiz dekabrın 28-də dünyasını dəyişdi. Məhz sizin tapşırığınızla Z.Həsənovun problemlərinin bir hissəsi həll olundu. Ümid edirik ki, bundan sonra onun ailəsi dövlət təminatında olacaq, sayənizdə onların bütün problemləri həll ediləcək. Edilənlərə və bundan sonra ediləcəklərə görə sizə öz minnətdarlığımızı bildiririk.

Cənab Prezident!

Qarabağ qazilərinin sosial problemlərinin həlli, onların həyat şəraitinin yaxşılaşdırılması üçün dövlət səviyyəsində müxtəlif işlər görülüb, xüsusi proqramlar həyata keçirilib. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət hazırda sizin tərəfinizdən davam etdirilir. Zaur Həsənovun timsalında yaşanan faciə zamanı bir daha aydın oldu ki, biz müharibə adamlarının həlli vacib xeyli problemləri var. Bu səbəbdən də mövcud problemlərin müəyyənləşməsi və onların həlli yolları ilə bağlı yanvarın 9-da “Qarabağ qaziləri”, “Vətən Müharibəsi Əlilləri”, “Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi”, “Mina Qurbanlarının sosial - iqtisadi Problemlərinin həllinə Dəstək”, “Məşəl” Əlil və Şəhid Ailələrinə Sosial Dəstək”, “Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası” və “Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmov adına İnkişaf Fondu” birgə yığıncaq keçirərək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü müdafiə edərkən sağlamlığını itirib əlil olmuş şəxslərin – Qarabağ qazilərinin sosial problemlərinin həllinə dair təkliflər hazırlayıblar.

Həmin təklifləri Sizə göndərərək qarşılaşdığımızın problemlərin həllində bizə köməklik göstərməyinizi xahiş edirik”.

Müraciətə Qarabağ qazilərinin sosial problemlərinin həllinə dair təkliflər də əlavə edilib. Bildirilib ki, hazırda elə Qarabağ qazisi var ki, Qarabağ müharibəsində aldığı yaranın kəskinləşməsi nəticəsində ayağının zəruri olan amputasiyasını (kəsilməsini) bankdan kredit götürərək həyata keçirib. Elə əlillər var ki, xəstə azyaşlı övladlarını bankdan kredit götürərək müalicə etdirir: “Rayon İcra Hakimiyyəti başçılarına müraciət etdikdə isə təhqir olunurlar. (Bu hal Kürdəmir rayonunda baş verib.) Hazırda elə məmurlar, xüsusi ilə də icra başçıları var ki, Qarabağ qazisini, şəhid ailəsini qəbul etmir, onları saya salmır. Bu azmış kimi bir çox hallarda “Ağlınız olaydı döyüşməyə getməyəydiniz ”, “Sizi kim göndərib?!” - deyərək, onları təhqir edirlər. Göründüyü kimi problemlər çox ciddidir, üstünə gedilməlidir, həllinə nail olunmalıdır.

Bütün bunları nəzərə alaraq aşağıdakıları təklif edirik:

1. Qarabağ əlillərinin (əsasən də sıravi heyətin) pensiya təminatı yaxşılaşdırılsın;

2. Qarabağ əlillərinə kommunal xidmətlər sahəsində güzəştlər tətbiq edilsin;

3. Qarabağ əlilləri və onların ailə üzvləri tibbi sığorta ilə təmin edilsin;

4. Qarabağ əlilləri və onların ailə üzvlərinin təhsil haqları dövlət tərəfindən ödənilsin;

5. Əlillərin sosial vəziyyətinin yaxşılaşdırılmasının effektli təşkilini təmin etmək üçün Hökumət və QHT nümayəndələrindən ibarət komissiya və ya işçi qrup yaradılsın.






Fikirlər