Əsas Səhifə > Hadisə > ABŞERONDA KORRUPSİYA HƏBSLƏRİ - İdarə rəhbərliyi
ABŞERONDA KORRUPSİYA HƏBSLƏRİ - İdarə rəhbərliyi23-02-2022, 00:29 |
Dünən Abşeron rayonunda səs-küylü həbslər olub. Şahidlərin Musavat.com-a bildirdiyinə görə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində xüsusi əməliyyat keçiriblər. Məlumata görə, əməliyyat zamanı idarənin rəisi, müavini və bir neçə əməkdaşı saxlanıb. Onları xüsusi avtomobillərə əyləşdirib aparıblar. Əlavə məlumat verməyə çalışacağıq. Geri qayıt |